Back

ⓘ Din fəlsəfəsi - dinə yönəlmiş fəlsəfi baxışların məcmusu. Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadl ..




                                     

ⓘ Din fəlsəfəsi

Din fəlsəfəsi - dinə yönəlmiş fəlsəfi baxışların məcmusu.

Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış "din fəlsəfəsi" elmindən forma və məzmunca bir qədər fərqlənir.

Din fəlsəfəsi geniş şəkildə isə XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi intibahdan sonrakı elmi-fəlsəfi cərəyanlara az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə və ya insanmehvərlik hadisəsindən kənarda qalmamışdır. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdir. Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatları özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərmişdir:

  • b) Dinlə bağlı yeni sualların cavablandırılması;
  • d) Dinin insan problemlərilə bağlı məqamlarına önəm verib,onları şərh etmək.
  • c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;
  • a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;

Din fəlsəfəsi elminin yeni çöhrə almasının əsas səbəbi məhz onun insanmehvərliyidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid Allahın varlığı və yeganəliyi, Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imanşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdu. Din fəlsəfəsi elmində isə mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərmək olar. Bununla yanaşı din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə, hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır.

Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar. Məsələn, Mehmet Aydın "Din fəlsəfəsi" əsərində yazır: "Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır". Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.

Hadi Sadiqi "Yeni kəlama müqəddimə" əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: "Din fəlsəfəsi, dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir". Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.

Müasir Amerika filosofu Devid Rey Qriffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, "Postmodern dünyada Tanrı və din" kitabında yazır: "Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşünələr "ilahiyyat" adlanır".

                                     
  • Xristian fəlsəfəsi - Xristian dinini əsaslandırmaq üçün yalnız xristianlığa xas olmaqla, ümumi bir məna daşıyan din fəlsəfəsi Xristian mütəfəkkirləri
  • Dövlət və Din İctimai fikir toplusu - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. İlk
  • Müasir Avropa fəlsəfəsi Əxlaq fəlsəfəsi Fəlsəfəyə giriş və Din fəlsəfəsi fənnlərini tədris edir. Ailəlidir. 1 övladı var. Din fəlsəfəsi 2009 Metafizika
  • fəlsəfəsi Bakı, Son Ümid Journal 8 2008 Tərxan Paşazadə, İslam fəlsəfəsi Dövlət və Din İctimai fikir toplusu, 4 12 Azərbaycan Respublikası Dini
  • Azərbaycan fəlsəfəsi - tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi
  • dili, Koreya dili, Urdu dili, Dinlər Tarixi, Din və Qloballaşma, Dinlərarası Münasibətlər, Din Fəlsəfəsi Müqəddəs Kitabların Tədqiqi, Qur an Araşdırmaları
  • konfessiyaların din azadlığını və bərabərliyini təmin edir. Dövlətin siyasətinin mühüm tərkib hissəsinə çevrilən Pancasila fəlsəfəsi çox mədəniyyətli
  • edirdi.Onun əsərlərində din əxlaq, və s.. kimi fəlsəfi mövzular öz əksini tapır. Cənubi və Cənub - Şərqi Afrikada Bantu fəlsəfəsi Bantuların köçüilə regiondan
  • kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır Fəlsəfə XX əsr Qərb fəlsəfəsi Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir - birinə birbaşa əks cərəyanlar
  • dövlətin dəstəyindən istifadə edib. Konfutsi fəlsəfəsi özlüyündə ailə və əxlaq kodeksini birləşdirir. Daosizm din olaraq Çinə daha çox bağlı olsa da, buddizmin

Users also searched:

...