Back

ⓘ Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi. Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində ..




Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi
                                     

ⓘ Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi

Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945-1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya 1972-ci il, hidrometeorologiya 1973-cü il və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə 1979-cu il kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi.

İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007-ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra- "Azərbaycan coğrfiyası" kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir.

1991-ci ildə tələbələrin tədris təcrübəsini təşkil etmək üçün Altıağac təcrübə bazası yaradıldı və 2000-ci ildən həmin bazada böyük abadlıq işləri həyata keçirilməyə başlandı.

                                     

1. Təhsil

Bakalavr

  • Coğrafiya müəllimliyi
  • Coğrafiya
  • Geodeziya və xəritəçilik mühəndisliyi
  • Turizm və otelçilik
  • Hidrometeorologiya

Magistratura

  • Coğrafiya ixtisası
  • Azərbaycanın fiziki coğrafiyası
  • Geomorfologiya
  • İqtisadi və sosial coğrafiya
  • Dünyanın iqtisadi və sosial coğrafiyası
  • Ərazi planlaşdırılması və rayon plana alınması
  • Landşaftşünaslıq
  • Azərbaycanın və onunla qonşu ölkələrin iqtisadi və sosial coğrafiya
  • Coğrafiya müəllimliyi
  • Coğrafiyanın tədrisi metodikası və metodologiyası
  • Hidrometeorologiya
  • Su ehtiyatlarının inteqrasiyalı idarə olunması
  • İqlimşünaslıq
  • Hidrologiya
  • Geodeziya və xəritəçilik mühəndisliyi
  • Xəritəçilik
  • Tətbiqi geodeziya
  • Turizm və otelçilik
  • Sosial mədəni sahədə `xidmətlərin təşkili
  • Beynəlxalq turizm və ölkəşünaslıq
  • Turizm işi
  • Otelçilik
                                     

2. Dekanlıq

  • Dekan: c.e.d. Məmmədova Şəkər İdayət qızı
  • Elmi işlər və magistratura üzrə dekan müavini: c.e.d. Məmmədova Şəkər İdayət qızı
  • Qiyabi şöbə üzrə dekan müavini: b/m Hüseynzadə Firudin Meydan oğlu
  • Bakalavriat üzrə dekan müavini: c.ü.f.d., dos. Əhlimanov Ramiz Mirağa oğlu
  • Humanitar və sosial məsələlər üzrə dekan müavini: c.ü.f.d., dos. Nuriyev Elxan Balahəsən oğlu
                                     

3. Kafedralar

  • Hidrometeorologiya
  • Fiziki coğrafiya
  • Geodeziya və kartoqrafiya
  • İqtisadi və sosial coğrafiya
  • Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası
  • Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm
                                     
  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi - Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültəsi 2015 - ci ildən başlayaraq
  • Bakı Dövlət Universitetinin Filologiya fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1919 - cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən
  • Bakı Dövlət Universitetinin Kitabxanaçılıq - informasiya fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. Kitabxanaçılıq - informasiya fakültəsi
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1919 - cu ilin sentyabrında təsis edilən və noyabrın 15 - də
  • Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisad fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. BDU Elmi Şurasının tarixi
  • Bakı Dövlət Universitetinin Fizika fakültəsi - Bakı Dövlət Universitetinin Fizika fakültəsi Fizika fakültəsinin əsası 1919 - cu ildə Bakı Dövlət Universitetinin
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq
  • Bakı Dövlət Universitetinin Geologiya fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. Geologiya - coğrafiya fakültəsinin 1991 - ci ildə iki
  • Bakı Dövlət Universitetinin Kimya fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. Kimya fakültəsi 1919 - cu ildən Azər bay can Dövlət Universitetinin
  • Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1919 - cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə
  • Bakı Dövlət Universitetinin Biologiya fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. Biologiya fakültəsi 1934 - cü ildən müstəqil fakültə

Users also searched:

bdu az, bdu haqqinda,

...
...
...