Back

ⓘ Elm obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsası ..




                                               

Jalə İnan

Jalə İnan - Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır.

                                               

Riyaziyyat fəlsəfəsi

Riyaziyyat fəlsəfəsi - riyaziyyatın fəlsəfi əsaslarını və problemlərini araşdıran elm fəlsəfəsinin bir hissəsi: ümumiyyətlə riyaziyyatın ontoloji, epistemoloji, metodoloji, məntiqi və aksioloji əsasları və prinsipləri, onun müxtəlif istiqamətləri, fənləri və nəzəriyyələri. Geniş mənada, riyaziyyat fəlsəfəsi riyazi ifadələrin mənasını və mücərrəd obyektlərin mahiyyətini öyrənmək üçün riyaziyyat "dilinin" semantik nəzəriyyəsinin qurulması ilə məşğul olur.

                                               

Radikalizm (tarixi)

Radikalizm - 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində liberalizmin nəzdnindəki tarixi bir siyasi hərəkat, sosial liberalizmin öncüsü. Radikal metodlardan istifadə edərək dəyərlər sistemi və inqilabi yollar çərçivəsində sosial dəyişikliyə və sosial strukturlara yönəlmiş siyasi prinsipləri müdafiə edir. Latınca "kök" mənasını verən radix sözündən götürülmüşdür. İstifadəsi sosial nizama çox böyük bir miqyasda təsir edən dəyişiklikləri ehtiva edən ifrat siyasi islahatlar etməyə cəhdlər etmək və ya dəstəkləməkdir. Radikalizm özü-özlüyündə ifrat bir siyasi görüşə inanmaq və ya ifrat bir siya ...

                                               

Xorvatiya filmi

Xorvatiya filmi - Xorvatiya keçmiş Yuqoslaviyanın tərkib hissəsi olanda - 1946-cı ildə fəaliyyətinə başlayan, Xorvatiyanın Zaqreb şəhərində yerləşən dövlət kinoprokat şirkəti.

                                               

Saleh Əhmədov

Saleh Süleyman oğlu Əhmədov - Azərbaycan Respublikasının Müstəqilliyindən sonra Gəncə Şəhəri Nizami Rayonunun ilk İcra Başçısı, 1990–1995-ci illərdə Gəncə Şəhər Xalq Deputatlar Məclisinin Deputatı

Elm
                                     

ⓘ Elm

Elm obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir.

Elm – 1) təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarını və obyektiv aləmə təsiri üsullarını öyrənən meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi. İnsan biliklərinin müəyyən bir sahəsi. Məsələn, elmlə məşğul olmaq, həyatını elmə sərf etmək, oxumaqla əldə edilən bilik, məlumat. Bəzən savad, məlumat mənasında. Elmilik – elmi olma, elmə əsaslanma, elmi mahiyyət daşıma. Məsələn, nəticələrin elmiliyi, sübatların elmiliyi. Elmli – təhsil görmüş, təhsil almış, təhsilli, oxumuş, ziyalı; 2) insanın əməli və nəzəri fəaliyyətinin spesifik sahəsi; ictimai şüur formalarından biri. Elmin cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına və ictimai həyatın müxtəlif sahələrinə təsirinin sosial nəticələri mühümdür. Elm həmçinin təbiət, cəmiyyət və təfəkkürün inkişaf qanunları haqqında biliklər sistemidir.

                                     

1. Ümumi məlumat

Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır.

Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir:

  • dərketmə və kateqoriya aparatı;
  • əvvəldən toplanmış bütün biliklər məcmusu.
  • elmi müəssisələr, sınaq və laborator avadanlıqları;
  • elmi-tədqiqat işlərinin metodları;
  • elmi informasiya sistemi;
  • elmi əməyin bölünməsi və birliklərinin yaranması;

Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər.

                                     

2. Elm tarixi

Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır.

                                     

3. Alimlər

Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.

                                     

4. Beynəlxalq elmi mükafatlar

Elmi nailiyyətlərə görə alimlərə aşağıdakı nüfuzlu beynəlxalq mükafatlar verilir:

  • Rolf Nevanlinni mükafatı - informatikanın riyazı aspektlərində böyük uğurlara görə.
  • Dmitri Mendeleyev adına böyük qızıl medal - Rusiya Elmlər Akademiyasının kimya elmi sahəsində böyuk nailiyyətlərə görə mükafatı.
  • Fildsov mükafatı - riyaziyyat sahəsində böyük nailiyyələrə görə, İspaniya kralı tərəfindən təqdim edilir.
  • Abel mükafatı - riyaziyyatın inkişafına töhfəyə görə.
  • Türinq mükafatı - hesablama texnikası assosiasiyası tərəfindən informatika sahəsində verilən mükafat.
  • Nobel mükafatı - dünyada ən nüfuzlu elmi mükafat. İldə bir dəfə dörd elm sahəsi üzrə verilir.
  • Mixail Lomonosov adına böyük qızıl medal - Rusiya Elmlər Akademiyasının ali mükafatı.
  • Karl Fridrix Qauss mükafatı - digər elmlərdə kəşflər vasitəsi ilə riyaziyyata böyük töhfələrə görə.
  • Şao İfu mükafatı - astronomiya, riyaziyyat, tibb və həyat haqqında elmlərə verilən böyük töhfələrə görə.
  • Kraufurd mükafatı - mükafat astronomiya, riyaziyyat, bioloji elmlər və Yer haqqında elmlər üzrə verilir.


                                     
  • Elm nəşriyyatı - Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945 - ci ildə yaradılmışdır
  • Elm və təhsil nəşriyyatı - 2006 - cı ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Əsas fəaliyyəti dərslik, kitab
  • əməkdar elm xadimi - elmi - tədqiqat idarələrinin, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində
  • Siyasi elm Azərbaycan və bir sıra post - Sovet ölkələrində o cümlədən politologiya bir sosial elm olub siyasi davranışın, siyasi sistemlərin və geniş mənada
  • Elmlər Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
  • Azərbaycanda elm - Azərbaycanda 140 elmi orqan, eyni zamanda 96 elmi institut fəaliyyət göstərir. Əsas elmi qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır
  • Açıq elm - elmi tədqiqatları, onların nəticələrini profesional və ya sadəcə maraqlı olan bütün səviyyədə ictimaiyyətə çatdırmaq deməkdir. Açıq elm uğrunda
  • Elm sosiologiyası - elmi fəaliyyətin sosial şərtlərini müəyyənləşdirən sektoral sosioloji intizam. Elm sosiologiyası həm elmin bir ictimai institut kimi
  • Honkonq Elm və Texnologiya Universiteti çin 香港科技大學 - Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq
  • Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu
  • Azərbaycan SSR əməkdar elm xadimi azərb - kiril: Азәрбајҹан ССР әмәкдар елм хадими - 1928 - ci il martın 25 - də təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali

Users also searched:

aqrar elm və innovasiya mərkəzi, gəncə raeim, raeim,

...
...
...