Back

ⓘ Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentli ..




Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (Azərbaycan)
                                     

ⓘ Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (Azərbaycan)

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi - Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur.

                                     

1. Tarixi

16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il Fərmanı ilə yaradılıb.

Şirkət Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılıb. Ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilirdi.

2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla agentlik ləğv olunub.

22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev" Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və" Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və" Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilib, Əsasnaməsi” təsdiq edilib. Fərmana əsasən," Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan" Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyinə verilb.

                                     

2. Xarici keçidlər

  • Veb Səhifəsi Arxivləşdirilib 2018-08-03 at the Wayback Machine
  • Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  • Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
                                     
  • Azenerji Azərbaycan Rayon Enerji İdarəsinin tərkibinə verilmişdir və 20 oktyabr 1935 - ci il tarixindən Azenerji Azərbaycan Rayon Enerji İdarəsi rəsmi
  •   azərb. Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası
  • mərhələsinin inşasına 1959 - cu ildə başlanılmışdır. Hər biri gücü 150 MVt olan dörd enerji bloku, PBK - 150 tipli buxar turbinlərindən, buxar gücü 500 t saat olan TGM - 94
  • Ümumi gücü 2400 meqavat olan Azərbaycan İstilik Elektrik Stansiyası - nın birinci enerji bloku 1981 - ci ildə, səkkizinci enerji bloku isə 1990 - cı ildə istismara
  • maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Azərbaycan Respublikası dövlət müstəqilliyini
  • çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin
  • ton hazır məhsul Enerji Bloku və s. yardımçı infrastruktur daxil olacaq. Burada neft, qaz, neft - kimya, neft emalı və neft enerji mərkəzi fəaliyyət göstərəcək
  • dövrlərdə Sovetlər İttifaqının vahid qaz sistemindən əlavə yanacaq alaraq bu enerji daşıyıcısına olan ehtiyacını ödəmişdir. İttifaqın dağılması ilə əlaqədar
  • rayonundakı 110 kilovoltluq Haramı yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək, sistemlə paralel rejimdə işlədilir. Qurğu üçün

Users also searched:

alternativ enerji agentliyi ləğv edildi, alternativ enerji nazirliyi, bərpa olunan enerji mənbələri dövlət agentliyi vakansiya, enerji məsələlərini tənzimləmə agentliyi əlaqə,

...
...
...