Back

ⓘ Azərbaycan Coğrafiya Cəmiyyəti 1939-cu ildə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı kimi yaradılmışdır. 1957-ci ildə Cəmiyyətin I Qurultayında onun nizam ..




                                     

ⓘ Azərbaycan Coğrafiya Cəmiyyəti

Azərbaycan Coğrafiya Cəmiyyəti 1939-cu ildə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı kimi yaradılmışdır. 1957-ci ildə Cəmiyyətin I Qurultayında onun nizamnaməsi qəbul edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır. Fəalliyəti dövründə cəmiyyətin üzvləri coğrafiya və ona yaxın elm sahələrində fundamental və tətbiqi elmi tədqiqatlar aparmış, Azərbaycanda orta və ali məktəblərdə coğrafiyanın tədrisinin təşkilini təmin etmişlər. Ölkədə təbiəti mühafizə və coğrafi biliklərin geniş təbliği ilə məşqul olmuşlar. Cəmiyyətin rəyasət heyəti, prezidenti, elmi katibi fəalliyət göstərir. Cəmiyyətin prezidenti vəzifəsində uzun müddət akad. M.A.Qaşqay, AMEA müxbir üzvü Q.K.Gül, akad. H.Ə.Əliyev və akad. B.Ə.Budaqov kimi görkəmli alim-ictimai xadimlər çalışmışlar. Hazırda Cəmiyyətin prezidenti AMEA-ın müxbir üzvü, professor R.M.Məmmədovdur.

                                     

1. Fəaliyyət istiqamətləri

Hal-hazırda öz sıralarında ölkəmizin aparıcı coğrafiyacı, ekoloq və digər mütəxəssisləri birləşdirən Azərbaycan Coğrafiya Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

-coğrafiya, ekologiya və ona yaxın elm sahələrində çalışan mütəxəssislər arasında koordinasiyaya nail olmaq;

-respublikada coğrafiya, ekologiya, təbii-dağıdıcı proseslər və onların yaratdığı risk və təhlükələrin, proqnozlaşdırılması və qarşısının alınmasının istiqamətində elmi tədqiqatların təşkili;

-təbii və texnogen mənşəli fəlakətlərin coğrafi yayılmasını ölkə, müxtəlif regionlar və rayonlar miqyasında tədqiqini təşkilini, müvafiq dövlət orqanlarını və əhalini bu haqda məlumatlandırılmasını, əhali arasında ekoloji maarifləndirmənin aparılmasının təşkili;

-respublikada coğrafiyanın və ona yaxın elmlərin ali və orta məktəblərdə tədrisinin təkmilləşdirilməsinə və coğrafi-ekoloji biliklərin ölkə ictimaiyyəti arasında yayılmasına kömək göstərmək;

-Xəzər dənizi, onun ekoloji şəraitinin təbii ehtiyatlarının tədqiqinin təşkili və bu haqda biliklərin təbliği;

-Azərbaycanın coğrafiyasına, ekoloji şəraitinə, təbii risk və təhlükələrin tədqiqinə və digər problemlərə aid elmi-praktiki konfransların təşkili, elmi-publisistik jurnalların nəşri, müvafiq filmlərin hazırlanması, vətəni tanımaq və sevmək hisslərinin aşılanması.

                                     
  • V.Fiqurovskinin sədrliyi ilə Azərbaycan coğrafiyaçılarının ilk elmi ictimai təşkilatı olan Azərbaycan Coğrafiya Cəmiyyəti yarandı. Yeni yaranmış cəmiyyət
  • Leypsiq Coğrafiya Cəmiyyəti Lübek Coğrafiya Cəmiyyəti Münhen Coğrafiya Cəmiyyəti Avstriya Coğrafiya Cəmiyyəti Azərbaycan Coğrafiya Cəmiyyəti Belarus Coğrafiya
  • Maraqlı elmi məlumatlar Konfranslar Yubileylər və digər tədbirlər Azərbaycan Coğrafiya Cəmiyyəti Coğrafiya İnstitutu İnformasiya Cəmiyyəti Problemləri
  • potensial imkanları və istiqamətləri Azərbaycan Coğrafiya Cəmiyyəti X cild, Bakı 2006 səh. 45 - 52. Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat
  • anadan olub. 1971 - 1975 - ci illərdə ADPU - nun Coğrafiya fakültəsində təhsil alıb. Nazim B. 1975 - ci ildə Azərbaycan SSR EA Kaspi məekəzində baş laborant vəzifəsində
  • yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır. Biosenoz Ümumi Ekologiya - Azərbaycan Coğrafiya Cəmiyyəti
  • Uniıversitetin Coğrafia kafedrasının müdiri olmuşdur. 1959 - 2003 - Azərbaycan Respublikası Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri olmuşdur. 1959 - cü ildən 3 çağırışda
  • Səadət məktəbində dünyəvi fənlərlə Azərbaycan rus, fars, ərəb, alman və fransız dilləri, hesab, coğrafiya rəsm, tarix, təbiətşünaslıq yanaşı, ilahiyyat
  • Şurasının sədri, Azərbaycan Milli Məclisin Toponimika Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N.A
  • ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923 1929 - cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Araşdırma Cəmiyyəti fəaliyyət göstərmişdi
  • prorektorluq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya Fakültəsi Azərbaycan Dövlət

Users also searched:

azerbaycan caylari, azərbaycan hansı qitədə yerləşir, coğrafiya və təbii resurslar jurnalı, siyasi ve iqtisadi istiqlaliyyətini itirmiş ölkə, xəritə azərbaycan,

...
...
...