Back

ⓘ Varşava gettosu üsyanı - 1943-cü ilin 19 aprel tarixində Varşava şəhərində yerləşən Varşava gettosunda yəhudilər tərəfindən başladılmış üsyan. Üsyan 1 aya yaxın ..




Varşava gettosu üsyanı
                                     

ⓘ Varşava gettosu üsyanı

Varşava gettosu üsyanı - 1943-cü ilin 19 aprel tarixində Varşava şəhərində yerləşən Varşava gettosunda yəhudilər tərəfindən başladılmış üsyan. Üsyan 1 aya yaxın davam etmiş 16 may tarixində Üçüncü Reyx əsgərləri tərəfindən yatırılmışdır. Hadisələr II Dünya müharibəsi ərzində yəhudilər tərəfindən təşkil edilmiş ən böyük silahlı toqquşmalardan biri kimi tarixə keçmişdir. İlk günlərdə gettoya nəzarəti itirən nasistlər 4 həftə davam edən silahlı toqquşmardan sonra üstünlüyü yenidən ələ almağı bacarmışdır. Varşava gettosu üsyanı nəticəsində gettoda yaşayan 56 min yəhudi öldürülmüş, 7 mini isə edam edilmək üçün Treblinka ölüm düşərgəsinə göndərilmişdir. Hadisələr nəticəsində ümumilikdə 71 min insan həlak olmuşdur.

                                     
  • önəmli hadisələrdən biridə Varşava gettosu üsyanıdır. 1943 - cü ilin 19 aprelində başlayan və bir ay davam edən Varşava gettosu üsyanı zamanı 56 min yəhudi öldürülmüş
  • göstərən Böyük sinaqoq 1943 - cü ildə Varşava gettosunda saxlanılan yəhudilər tərəfindən başladılmış Varşava gettosu üsyanı zamanı Üçüncü Reyx ordusu tərəfindən
  • Varşava gettosundakı yəhudi oğlan - 1943 - cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS - rottenfürer Yozef
  • onlar gettolara yerləşdirilmişdi. Nəticədə 380.000 yəhudinin qaldığı Varşava gettosu kimi böyük gettolar meydana çıxdı. Buradakı insanlardan xeylisi aclıqdan

Users also searched:

...
...
...