Back

ⓘ Cənubi Koreyada ali təhsil - Koreya Respublikasında mövcud olan ali təhsil sistemi. Orta təhsili başa vurmuş məzunlar həm ali məktəblərə, həm də yeniyetmə kolle ..




                                     

ⓘ Cənubi Koreyada ali təhsil

Cənubi Koreyada ali təhsil - Koreya Respublikasında mövcud olan ali təhsil sistemi.

Orta təhsili başa vurmuş məzunlar həm ali məktəblərə, həm də yeniyetmə kolleclərinə müraciət edə bilərlər. Yeniyetmə kolleclərinə qəbul akademik nailiyyətlərə, elmi nailiyyət imtahanına və əsas qəbul imtahanı balına görə müəyyənləşir.

Kolleclərdə təhsil əsasən istehsalat sahələri ilə əlaqəli qurulur və orta səviyyəli ixtisaslı mütəxəssislər hazırlanır. Tələbələrin istehsalat təcrübələrinə göndərilməsi, kollec və sənaye sahələri arasında müştərək tədqiqat, təcrübə və məlumat mübadiləsinin aparılması, müəssisələrin tələb etdiyi kurikulumlara əsasən təhsilin təşkili iqtisadiyyatın inkişafına misilsiz töhfələr verir.

Kollec təhsili müvafiq ixtisas üzrə təhsilin heç də son pilləsi deyil. Belə ki, kollec məzunları təhsillərini universitetlərdə də davam etdirə bilərlər. Onlara 4 illik universitetlərdə, açıq universitetlərdə, media universitetlərində və qiyabi universitetlərdə oxumaq imkanı verilir.

Cənubi Koreyanın ali təhsil müəssisələri sırasına kolleclər və universitetlər, sənaye universitetləri, təhsil universitetləri, yeniyetmə kollecləri, media və qiyabi universitetlər, texniki kolleclər daxildir. Ölkədə 400-dən artıq universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir.

Ali təhsilin əsas məqsədi dərin nəzəri təhsil vermək, nəzəri biliklərin tətbiqini təmin etmək, tələbələri məsuliyyətli və məhsuldar mütəxəssis kimi yetişdirməkdən ibarətdir. Ölkədə ali təhsil müddəti 4-6 il davam edir.

Hökumət universitetlərin müstəqilliyinin artırılması, dövlət təhsil sisteminin tənzimlənməsi, özəl tədris xərclərinin azaldılması məsələlərinə nəzarət edir, tələbələrin seçim proseduru ilə bağlı əsas minimum tələbləri müəyyənləşdirir. Universitetlər təlim nəticələrini, qabiliyyət imtahanlarında toplanmış balları, sertifikatları, tövsiyə məktublarını əsas götürərək tələbə qəbulu aparır. Ali məktəbə qəbul üçün qabiliyyət testləri 5 sahə üzrə təyin olunur. Bu sıraya dil Koreya dili, riyaziyyat, xarici dil ingilis dili, ictimai-təbiət elmləri peşə təlimi və ikinci xarici dil Çin dili daxildir. Görmə qüsurları olan tələbələrə səsli qiymətləndirmə vasitələrindən istifadə edərək imtahan vermək imkanı yaradılır.

                                     

1. Mənbə

  • Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Koreya Respublikasının təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine Yazının hazırlanmasında Koreya Respublikası Təhsil, Elm və Texnologiya Nazirliyinin rəsmi materiallarından istifadə olunub., "Azərbaycan müəllimi" qəzeti, 23.06.2011, № 24. azərb.
                                     
  • Cənubi Koreyada təhsil - Şərqi - Asiyada, Koreya yarımadasının cənub hissəsində yerləşən Koreya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. Cənubi
  • Cənubi Koreyada orta təhsil - Koreya Respublikasında mövcud olan orta təhsil sistemi. Cənubi Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas, daha
  • Cənubi Koreyadadır. Məktəb 6 - 12 yaş arasında məcburi və ödənişsizdir. Ölkədə oxucu - yazar nisbəti 92 - dir. Cənubi Koreyada 197 universitet və 222 ali məktəb
  • keçirilənlərdir. Yonsei Avropa İxtisasları dərnəyi də bu sıradan sayıla bilər. Cənubi Koreyada olan digər heç bir universitet arasında Yonsey və Koreya Universiteti
  • Əvvəla, Cənubi Koreya hökuməti kommunizm ideyalogiyasını dayandırmağa çalışırdı. İkinci səbəbə görə isə müharibə zamanı Amerika əsgərlərinin Koreyada qalması
  • Universiteti kor. 서울대학교 - Cənubi Koreyanın Seul şəhərinin Kvanakku rayonunda yerləşən ali təhsil müəssisəsi ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir
  • əlamətdar hadisələr əsasında Müəllimlər günü Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1
  • göstərdi. Bu təşəbbüs Azərbaycanın Cənubi Koreyadakı Səfirliyi tərəfindən yüksək qiymətləndirildi və Səfirlik Koreyada təhsil alan tələbələrimizdən ibarət BUTA
  • Respublikasının paytaxtı Seul şəhərində yerləşən qeyri - dövlət ali təhsil müəssisəsi. Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, dünyanın ən
  • şəhərciyində yerləşən ali təhsil müəssisəsi ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1971 - ci il fevralın 16 - da Koreyada qəbul edilmiş xüsusi
  • Yaponiya və Cənubi Koreya arasında mübahisələrə səbəb oldu. İkinci dünya müharibəsindən sonra adalar Cənubi Koreyanın nəzarətindədir. Koreyada adaları Tokto

Users also searched:

şimali koreya,

...
...
...