Back

ⓘ Məhdud Məsuliyyətli Cəmiyyət - bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəm ..




Məhdud Məsuliyyətli Cəmiyyət
                                     

ⓘ Məhdud Məsuliyyətli Cəmiyyət

Məhdud Məsuliyyətli Cəmiyyət - bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.

                                     

1. Hüquqi şəxsin yaradılması

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir.

Cəmiyyətin iştirakçıları təsisçiləri cəmiyyətin, cəmiyyət isə iştirakçıların təsisçilərin öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır.

Azərbaycan Respublikası Mülki məcəlləsinin sonradan" MM” adlanacaq 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.

Hal-hazırda minimum nizamnamə kapitalına da heç bir məhdudiyyət qoyulmur. MM-nin 90.1-ci maddəsinə əsasən, nizamnamə kapitalının həcmi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoyulmuş məbləğdən az ola bilməz.

MM-nin 10 il bundan əvvəl qüvvəyə minməsinə baxmayaraq, müvafiq icra hakimiyyəti orqanı hələ də bu minimumu təyin etməyib. Analoji hədd cəmiyyətin təsisçilərin sayına da təyin edilməli olsa da, müvafiq sənəd indiyədək qəbul edilməyib.

Eyni zamanda, qeyd edək ki, Avropanın bir çox ölkələrində MMC-nin nizamnamə kapitalının minimal məbləği 10 000 avrodan az ola bilməz.

                                     

2. MMC-in Qeydiyyat forması

Vergilər nazirliyində MMC-nin dövlət qeydiyyatından keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Hüquqi şəxsin qeydiyyatı haqqında ərizə. Bu ərizə təsisçi əgər bi neçə təsisçi varsa, bütün təsisçilər və ya onun onların müvafiq qaydada təyin etdiyi səlahiyyətli şəxs tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

  • əgər təsisçilər hüquqi şəxslərdirsə, o halda onun onların adları, yerləşdiyi yer və qeydiyyat nömrəsi.
  • əgər təsisçilər fiziki şəxslərdirsə, o halda onun onların adları, soyadları, ata adları, yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və verildiyi tarix;

2. Cəmiyyətin nizamnaməsi. Bu sənəddə cəmiyyət iştirakçılarının adları və soyadları, nizamnamə kapitalının həcmi, hər bir iştirakçının payı əgər təsisçilər bir neçə hüquqi şəxsdirsə, idarəetmə orqanları haqqında məlumatlar, ödənişlərin həyata keçirilməsində yol verilən pozuntulara görə nəzərdə tutulmuş məsuliyyət öz əksini tapmalıdır.Cəmiyyətin nizamnaməsində, həmçinin, nizamnamə kapitalındakı payın başqa şəxsə ötürülməsi qaydası da əks olunmalıdır. MM-nin 93.2-ci maddəsinə əsasən, əgər nizamnamədə başqa müddəa nəzərdə tutulmayıbsa, iştirakçının öz payını və ya onun bir hissəsini özgəninkiləşdirməsinə yol verilir. Beləliklə, adi halda cəmiyyətin istənilən iştirakçısı öz payını başqa bir şəxsə sata və ya ötürə bilər.

3. Məhdud məsuliyyətli cəmiyyətin təsis olunması haqqında qərar bəzən bu," təsis müqaviləsi” də adlandırılır. Qərarda təsisçinin hüquqi şəxs statusu almaq istəyən strukturu təsis etmək niyyəti, yenidən təşkil və şirkəti tərk etmə şərtləri göstərilir. Bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır.

4. Qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Hal-hazırda bu rüsum 11 manatdır. Qeyd edək ki, dövlət qeydiyyatı 3 gün ərzində həyata keçirilməlidir.

                                     
  • Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyəti - Azərsu ASC - nin tabeliyində olan ən iri müəssisə. Azərbaycan Respubikası Prezidentinin 11 iyun 2004 - cü
  • olur: ASC - Açıq Səhmdar Cəmiyyət QSC - Qapalı Səhmdar Cəmiyyət MMC - Məhdud Məsuliyyətli Cəmiyyət MMM - Məhdud Məsuliyyətli Müəssisə İB - İstehsalal
  • Pen MMC - Azərbaycanda 1995 - ci ildə qurulmuş məhdud məsuliyyətli cəmiyyət Cahan Pen məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyət göstərdiyi sahələr bunlardır:
  • Elmi - Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında Azər - İnşaat Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən pilləkənlər, müəyyən yerlərdə kərpic divar, pəncərələr
  • klubudur. Yarandığı gündən bəri klubun 16 fərqli prezidenti olub. Məhdud məsuliyyətli cəmiyyət olan klub Real Madrid FK - nın üzvlərinə məxsusdur və səsvermə
  • Dövlət müəssisələrindən: Kürdəmir Regional Enerji Təchizatı Məhdud Məsuliyyətli Cəmiyyət əhalini elektrik enerjisi ilə təchiz edir. Cəmiyyətdə 132 nəfər
  • Korporativ Qanununda göstərilmiş ictimai şirkət deməkdir. Tərəfdaşlıq və Məhdud Məsuliyyətli Cəmiyyətlərdən fərqlənir. Əvvəlcə səhmdarlar tam anonim ola bilər
  • inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər
  • özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus Məhdud Məsuliyyətli Cəmiyyəti MMC Nazirlər kabinetinin qərarı ilə nizamnamə kapitalının
  • Məhdud Məsuliyyətli Cəmiyyət işçilərin sayı 212 nəfər, Şəmkir Paylayıcı Elektrik Şəbəkəsi işçilərinin sayı 207 nəfər, Şəmkir RET Məhdud Məsuliyyətli

Users also searched:

mmc nedir, əsasnamə ilə nizamnamənin fərqi,

...
...
...