Back

ⓘ Zorge parkı – Bakı şəhərinin Nəsimi rayonunda yerləşən park. Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin adın ..




Zorge parkı
                                     

ⓘ Zorge parkı

Zorge parkı – Bakı şəhərinin Nəsimi rayonunda yerləşən park. Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin adını daşıyır. Vaqif prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşir. Sahəsi 2.39 hektardır. 2012-ci ildə təmir olunub.

                                     

1. Haqqında

Bakının çox geniş ərazidə yerləşən köhnə parkı olan Zorge parkı bir neçə əyləncə yerini, o cümlədən uşaqlar üçün müasir attraksion parkını birləşdirir. Burada əhalinin istirahət etməsi üçün gözəl şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

1981-ci ildə parkda kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə abidə ucaldılıb. Abidənin müəllifləri - heykəltəraş V.Tsiqal və arxitektor R.Əliyev konstruksiyanın əsas mahiyyətini orijinal şəkildə çatdırmağa müvəffəq olublar. Divar şəklində abidənin üzərində kəşfiyyatçının təsviri həkk olunub. Onun diqqətli baxışları sanki ətrafdakıları müşahidə edir. Başdan-başa yaşıllıq içində olan park boyu rahat skamyalar düzülüb, uşaq meydançaları yaradılıb. Burada rayon səviyyəli tədbirlər keçirilir.

2012-ci ildə parkda ucaldılan Koroğlu abidəsi də diqqətəlayiq abidələrdən biridir. Abidənin yerdən hündürlüyü 23 metrdir. Əfsanəvi Qıratın belində oturan Koroğlu monumenti Ukraynada tuncdan tökülüb. Kompozisiyanın müəllifi Tokay Məmmədovdur.

İstirahət guşəsində "Koala Park" əyləncə mərkəzi də fəaliyyət göstərir. Bura həm uşaqlar, həm də böyüklər üçün eyni dərəcədə maraqlıdır.

                                     
  • 1981 - ci ilin may ayında, Qələbə Günü ərəfəsində olmuşdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır. Şam, çinar
  • Əmin Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Rixard Zorge İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist
  • çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazidə böyük və gözəl yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq
  • Vətən müharibəsində həlak olmuşların xatirəsinə ucaldılmış abidə Rixard Zorge parkı Əvvəlcə abidə Nəsimi Rayon İcra Hakimiyyətinin binasının qarşısında yerləşirdi
  • Mərkəzi Parkı Dədə Qorqud parkı Durnalar parkı Əliağa Vahid bağı Filarmoniya Bağı Heydər Əliyev parkı Xaqani bağı Qış bulvarı Nizami parkı Port Baku parkı Sabir
  • Marks Q.Məmmədov M.Maqomayev R.Kərimov Y.Məmmədəliyev Barelyef - abidələr R. Zorge S. Qazıyeva Monument və memoriallar 20 Yanvar abidə - kompleksi Ana harayı

Users also searched:

...
...
...