Back

ⓘ Coğrafiya Ensiklopediyası - Azərbaycanda 2012-ci ildə 35 000 tirajla çap olunmuş, əsasən məktəblilər üçün nəzərdə tutulan kütləvi coğrafi məlumat ensiklopediyas ..




                                     

ⓘ Coğrafiya ensiklopediyası

Coğrafiya Ensiklopediyası - Azərbaycanda 2012-ci ildə 35 000 tirajla çap olunmuş, əsasən məktəblilər üçün nəzərdə tutulan kütləvi coğrafi məlumat ensiklopediyası.

                                     

1. Haqqında

Coğrafiya Ensiklopediyası 2012-ci ildə Azərbaycanda nəşr olunan və geniş kütlə üçünəsəsən məktəblilər nəzərdə tutulmuş elmi-kütləvi coğrafi məlumat əsəridir. Ensiklopediyanın ümumi həcmi 2 kitab halında 736 səhifədən hər kitab 368 səhifə ibarətdir. Əsər Dünyada və onun ayrı-ayrı regionlarında baş verən təbii və iqtisadi coğrafi proseslərin davamlı inkişafa təsirinin öyrənilməsində hər bir oxucu üçün əhəmiyyətli ola bilər.

AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, i.e.n. Zakir Eminov və Bakı şəhəri H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e. n. Qabil Səmədovun tərtib etdiyi və "Çaşıoğlu Multimediya" nəşriyyatında 35 000 nüsxədə çap olunaraq ölkənin bütün orta məktəblərinin kitabxanalarına dövlət tərəfindən hədiyyə edilən nəfis əsərin elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur. Ensiklopediyadakı anlayışlar rəngli təsvirlər, sxemlər və xəritələrlə daha da əyani izah olunur.

I kitabda Yer planetinin kainatdakı mövqeyi, yaranması, təbəqələri, təbii resursları haqqında geniş məlumatlar verilməklə yanaşı, dünya əhalisi və onun təsərrüfat fəaliyyətinin qanunauyğunluqları təsvir edilir.

II kitabda Dünyanın ayrı-ayrı regionlarının və ölkələrin coğrafi mövqeyi, təbi şəraiti, tarixi və iqtisadi inkişaf xüsusiyyətləri təsvir olunur. Azərbaycan Respublikası və onun inzibati rayonlarının təbiəti və iqtisadi-coğrafi xüsusiyyətləri haqqında da müfəssəl məlumatlar verilir.

                                     

2. Xarici keçidlər

  • Coğrafiya Ensiklopediyası. II kitab, Bakı, Çaşıoğlu Multimediya, 2012, 368 s.
  • Coğrafiya Ensiklopediyası. I kitab, Bakı, Çaşıoğlu Multimediya, 2012, 368 s.
                                     
  • Coğrafiya yun. γεωγραφία, yerin təsviri, γεια - Yer, torpaq və γραφειν - yazmaq, təsvir etmək - təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini
  • Günəş ekvatorunun hər iki tərəfində müşahidə olunur. Zakir EMİNOV, Qabil SƏMƏDOV, Coğrafiya ensiklopediyası I kitab, Çaşıoğlu Multimedia Bakı 2012
  • Neftçala rayonu - AMEA - nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri. Coğrafiya elmləri doktoru, dosent. Zakir Eminov 1967 - ci
  • sahəsinə gələn ultrabənövşəyi şüaların təsiri güclənir. Zakir EMİNOV, Qabil SƏMƏDOV, Coğrafiya ensiklopediyası I kitab, Çaşıoğlu Multimedia Bakı 2012
  • orqanları ensiklopediyası Müəllif: bioqrafiyaşünas publisist Fikrət Nağıyev. Bakı, Ensiklopediya Nəşriyyatı, 2019. Z.Eminov, Q.Səmədov. Coğrafiya ensiklopediyası
  • Boris Alekseyeviç Antonov 1913 - 1981 - Azərbaycanın geomorfoloqu, coğrafiya elmləri doktoru 1964 professor. 1936 - cı ildə Kazan Dövlət Universitetini
  • Linqvistika Pedaqogika Politologiya Psixologiya Antropologiya Sosial - iqtisadi coğrafiya Regionşünaslıq Sosiologiya Hüquq Etnoqrafiya Fəlsəfə Etika Estetika Kuper
  • Coğrafiya tarixi PDF 2017 - 03 - 29 tarixində orijinalından PDF arxivləşdirilib. İstifadə tarixi: 2017 - 06 - 19. Azərbaycan Milli Ensiklopediyası 2007
  • Azərbaycan Şura Ensiklopediyası idarəsində elmi işçi vəzifəsində də işləmişdir. 1938 - ci ildə Akademiyanın Azərbaycan filialının fiziki - coğrafiya ixtisası üzrə
  • Məktəblinin coğrafiya lüğəti. Bakı, 2006. Britannika Ensiklopediyası Ş.G.Həsənov, Q.Ş, Məmmədov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri

Users also searched:

uşaq ensiklopediyası,

...
...
...