Back

ⓘ Birləşmiş Millətlər Təşkilatının Katibliyi - Birləşmiş Millətlər Təşkilatının altı əsas qurumundan biridir. Bu təşkilatın icra hakimiyyətidir. Bununla yanaşı, t ..




Birləşmiş Millətlər Təşkilatının Katibliyi
                                     

ⓘ Birləşmiş Millətlər Təşkilatının Katibliyi

Birləşmiş Millətlər Təşkilatının Katibliyi - Birləşmiş Millətlər Təşkilatının altı əsas qurumundan biridir. Bu təşkilatın icra hakimiyyətidir. Bununla yanaşı, təşkilatın qərar qəbul etmə orqanlarının gündəliyini müəyyənləşdirir və qərarlarını həyata keçirir. Baş Məclisin təyin etdiyi Baş katib katibliyin rəhbəridir.

                                     

1. BMT Katibliyi ofislərinin yeri və quruluşu

BMT Katibliyi aşağıdakı əsas təşkilati bölmələrdən ibarətdir:

  • Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Katibliyi;
  • Narkotik və Cinayətkarlıq İdarəsi;
  • Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisi;
  • Hüquq İşləri İdarəsi;
  • Birləşmiş Millətlər Təşkilatının İnsan məskunlaşma proqramının Katibliyi;
  • Siyasi və Barışıq İşləri şöbəsi;
  • Baş Məclis və Konfrans İdarəetmə Şöbəsi;
  • Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiya Katibliyi;
  • Latın Amerikası və Karib Denizi İqtisadi Komissiyasının Katibliyi;
  • Baş Katibliyinin İcra Aparatı;
  • Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya Katibliyi;
  • Sahə Dəstəyi şöbəsi;
  • Sülhməramlı Əməliyyatlar İdarəsi;
  • Birləşmiş Millətlər Təşkilatının Ətraf Proqramının Katibliyi;
  • İqtisadi və Sosial Məsələlər şöbəsi;
  • Avropa İqtisadi Komissiyası Katibliyi;
  • Afrika İqtisadi Komissiyasının Katibliyi;
  • Silahsızlaşdırma İşləri İdarəsi;
                                     

2. BMT Katibliyinin heyəti

BMT Katibliyinin işçiləri Baş Assambleya tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir. Baş katib və katiblik işçiləri yalnız BMT-yə cavabdehdirlər və üzv dövlətlər heyətin vəzifələrinin icrasına təsir göstərməkdən çəkinməlidirlər.

31 dekabr 2018-ci il tarixində Katibliyin ümumi heyəti 172 ölkədən olmaqla 37.505 nəfərdən ibarət idi.

                                     
  • sentyabrında Meksika Prezidenti Ernesto Zedillo Nyu - Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Sessiyası zamanı İordaniya Kralı II Abdullahla görüşür
  • EurepGAP sertifikatına dair dəlillər tələb edirlər. Standart, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nəşr olunan Təhlükə
  • on Tariffs and Trade varisi kimi yaradılmış beynəlxalq təşkilat. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq
  • işğala qarşı vuruşur, ya da ordu sıralarını tərk edirdilər. Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, macar ordusu birləşmələrinin sovetlər
  • etdiyi və köməkçi katibləri tərəfindən dəstəklənən Müharibə Kabineti Katibliyi - ilk növbədə Sayks və həmkarı mühafizəkar millət vəkili və sionist Leo

Users also searched:

...
...
...