Back

ⓘ Fısıldayan qu - qu cinsinə aid heyvan növü. Qorunması üçün zəruri tədbirlər: Qorunmasına ciddi riayət və şaxtalı qışlarda yemlənməsini təşkil etmək. Çoxalması: ..




Fısıldayan qu
                                     

ⓘ Fısıldayan qu

Fısıldayan qu - qu cinsinə aid heyvan növü.

  • Qorunması üçün zəruri tədbirlər: Qorunmasına ciddi riayət və şaxtalı qışlarda yemlənməsini təşkil etmək.
  • Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır. Yumurtanı aprelin sonu – mayın əvvəllərində qoyur, balalar 4-aylıqda uçuşa hazır olurlar.
  • Sayının dəyişilmə səbəbləri: Münasib yaşayış yerlərinin azalması.
  • Təbiətdə sayı: 1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur.
  • Yaşayış yeri: Göllərin açıq sahələri, dəniz sahilləri.
  • Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir Dəvəçi limanı gölündə – 10 cütdən yuxarı.
  • Status: Nadir, qışlayan və köçəri növdür.
                                     

1. Qısa təsviri

Rəngi ağdır. Dimdiküstlüyü, dimdikaltlığının dibi və kənarları qara, qalan yerləri narıncıdır. Kiçik və harayçı qulələkdən dimdiyinin narıncı rəngi və onun dib hissəsində qara şişin olması ilə fərqlənir, həm də üzmə vaxtı boynunu "S" hərfi formasında, başını isə maili saxlayır.

                                     

2. Yayılması

Avropada və Asiyada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Kür-Araz, Lənkəran, Samur-Şabran ovalıqları və Abşeron yarımadasının su hövzələrində rast gəlinir. Kələdəhnə, Cil, Mrdov, Qarasu, Şilyan, Sor-Sor və s. göllərin qurudulması nəticəsində yaşayış yerləri kəskin azalıb.

                                     

3. Yaşayış yeri və həyat tərzi

Dənizin sahil suları, körfəzlər, göllər və axmazlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Qışlamağa gələn və miqrasiya dövründə olan populyasiyaları vardır. Noyabrda gəlir, fevralın 2-ci yarısında köçüb gedir. Qidasını xırda onurğasız heyvanlar, su bitkilərinin vegetativ hissələri, xara və sapvarı yosunlar təşkil edir.

                                     

4. Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilib. Azərbaycanın "Qırmızı Kitab"ına, Bern, Bonn, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilib.

                                     

5. Qorunması üçün məsləhət görülmüş tədbirlər

Abşeron yarımadasında daxili su hövzələrinin, Xəzərin neft və neft məhsullarından təmizlənməsi, Kür-Araz, Lənkəran və Samur-Şabran ovalıqlarındakı su hövzələrində narahatedici amillərin aradan qaldırılması vacibdir.

                                     

6. Ədəbiyyat

  • Babayev İ.R., Əsgərov F., Əhmədov F.T. Bioloji müxtəliflik: Xəzərin Azərbaycan hissəsinin sudaüzən quşları. Bakı, Nurlar nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007, s. 46-48;
  • Babayev İ.R. və b. Lənkəran ovalığında su və sahil quşlarının yayılması və kəmiyyət göstəriciləri // Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş" Biologiyada elmi nailiyyətlər” mövzusunda respublika elmi konfransının materialları 22-23 may, Bakı Universiteti nəşriyyatı, 2009, s. 372-374.
  • Babayev İ.R. Хəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // ХХ əsrin sonunda heyvanlar aləminin qorunması və öyrənilməsi. Akademik M.Ə.Musayevin 80 illiyinə həsr olunmuş elmi konf. mat-rı., Bakı," Elm”, 2001, s. 307-310;
  • Виноградов В.В., Чернявская Е.И. Методы учета массовых скоплений водоплавающих и степных птиц на зимовках в Кызыл-Агачском заповеднике // Организация и методы учета птиц и вредных грызунов. М., 1963, с. 83-90;
  • Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması monoqrafiya. Bakı, "Elm", 2012, 255 s.
  • Babayev İ.R., Abbasov A.N. Qızılağac Dövlət Təbiət Qoruğunda sudaüzən quşların qışlamada sayı, yayılması və onlara təsir edən amillər // Zoologiya İnstitutunun əsərləri, XXVIII cild // məqalələr toplusu. Bakı," Elm”, 2006, s. 123-127;
  • Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставропол., 1991, с. 143;
  • Babayev İ.R. Хəzər dənizinin Azərbaycan sahil zonasının cənub hissəsində su-bataqlıq quşları // Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-prak. konf. tezisləri. Bakı, 2003, s. 144-146;
  • Бабаев И.Р. О современном состоянии численности некоторых видов редких водоплавающих птиц в Ленкоранской низменности // Современное состояние ресурсов водоплавающих птиц тезисы всесоюзного семинара. Москва, 1984, с. 96-97;
  • Babayev İ.R. Azərbaycanın Cənub-Şərqində su-bataqlıq quşlarının yaşayış yerlərinin müasir vəziyyəti // Görkəmli alim və ictimai xadim, akademik H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın tezisləri." El-Alliance” şirkəti, 2002, s. 272-273;


                                     
  • Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli
  • Burada yuvalayan 139 quş növü müəyyən edilmişdir: qıvrımlələk qutan, fısıldayan qu quşu, boz qaz, bataqlıq belibağlısı, Luscinia svecica, vağ, qarabattaq
  • susüpürəni, Ağqaş qaz, İri ağ vağ, Qıvrımlələk qutan, Qırmızıdöş qaz, Fısıldayan qu quşu. Yaxınlıqdakı Uzkoreki adasında yayılan eyni növlər Novosibirsk
  • Bəzgək Dovdaq Sultan toyuğu Ərsindimdik Qızılqaz Qırmızıdöş qaz Fısıldayan qu Kiçik qu quşu Ceyran Çökəkburun cüllüt Ağquyruq çökəkburun Çöl haçaquyruq
  • gücləndirilməsi, yuva sahəsinin təbiət abidəsi edilməsi. Çığırğan qartalça Fısıldayan qu quşu Qırmızıdöş qaz Ağgöz qaraördək Hirkan Milli Parkında Avropa cüyürlərinin
  • Adada yuvalayan quşlar: adi ərsindimdik, Xəzər qağayısı, Kiçik ağ vağ, Fısıldayan qu quşu, bəzən Qıvrımlələk qutan və digər quş növləri. Hər il böyük quş
  • ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli
  • yaşayır. Böyükdimdik bozca Boz qaz Ağqalın qaz Qırmızıdöş qaz Harayçı qu quşu Fısıldayan qu quşu Anqut Canavar Adi tülkü Əsas məqalə: Azərbaycan mətbəxi Bu
  • edilmişdir. Su və bataqlıq quşları çoxdur: boz durna, böyük dan quşu, fısıldayan qu quşu və s. Çaylarda durnabalığı, külmə, çil qızılbalıq, xarius, çökə
  • ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli

Users also searched:

abşeron milli parkı giriş, ağgöl milli parkı, qızılağac milli parkı, samur yalama milli parkı,

...
...
...