Back

ⓘ Dayanıqlı enerji - gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq şəkildə istehsal olunan və istif ..




Dayanıqlı enerji
                                     

ⓘ Dayanıqlı enerji

Dayanıqlı enerji - "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf-mühitə olan təsirləri nəzərə alındıqda yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir.

Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan yaradan əsas faktorlardır.

Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əza riskləri bu texnologiyanın dezavantajlarıdır.

Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər. Bu mənbələr 2019-cu ildə dünya miqyasında elektrik enerjisinin 8.5%-ni istehsal etdi və bu rəqəm sürətlə böyüməyə başladı. Külək, günəş və batareyaların xərclərinin artan investisiyalardan gələn yenilik və miqyaslı iqtisadiyyatlar sayəsində azalmağa davam edəcəyi proqnozlaşdırılır.

Qlobal istiləşməni 1.5 ° C-yə qədər məhdudlaşdırmaq üçün təklif olunan yollar elektrik və istilik enerjisi istehsalının aşağı emissiya üsullarının sürətli tətbiqini və nəqliyyat kimi sahələrdə elektrik enerjisindən daha çox istifadəyə doğru bir dəyişikliyi tələb edir. Həll yolarına enerji istehlakının azaldılması, bərpa olunan elektrik enerjisi və istehsal olunan hidrogen və ya karbon tutma və saxlamaya malik olan az karbonlu yanacaqların istifadəsi kimi tədbirlər daxildir. Bu hədəflərə çatmaq üçün karbon qiymətləri, enerjiyə istiqamətli siyasətlər və təbii yanacaq subsidiyalarının tədricən azaldılması da daxil olmaqla, dövlət siyasətləri tələb olunacaq.

                                     

1. Ədəbiyyat

  • IPCC 2018. Masson-Delmotte, V.; Zhai, P.; Pörtner, H O.; Roberts, D.; və b. eds. Global Warming of 1.5°C. An IPCC Special Report on the impacts of global warming of 1.5°C above pre-industrial levels and related global greenhouse gas emission pathways, in the context of strengthening the global response to the threat of climate change, sustainable development, and efforts to eradicate poverty PDF. Intergovernmental Panel on Climate Change.
  • Kutscher, C.F.; Milford, J.B.; Kreith, F. 2019. Principles of Sustainable Energy Systems. Mechanical and Aerospace Engineering Series Third. CRC Press. ISBN 978-0-429-93916-7.
  • Edenhofer, Ottmar 2014. Climate Change 2014: Mitigation of Climate Change: Working Group III contribution to the Fifth Assessment Report of the Intergovernmental Panel on Climate Change. New York, NY: Cambridge University Press. ISBN 978-1-107-05821-7. OCLC 892580682.
  • Cozzi, Laura; Gould, Tim 2020. World Energy Outlook 2020. International Energy Agency. ISBN 978-92-64-44923-7.
                                     
  • artırılması Aİ - nın daxili enerji bazarının prinsipləri əsasında üzv ölkələrin enerji bazarlarının yaxınlaşdırılması Dayanıqlı enerji inkişafının dəstəklənməsi
  • misilləridir Buarada h, Planck sabiti Her dayanıqlı halın sabit bir enerjisi vardır. Herhansı bir dayanıqlı enerji səviyyəsində elektron dairevi bir istiqamətdə
  • Dayanıqlı inkişaf məqsədləri ing. Sustainable Development Goals Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd
  • vəziyyətini yaxşılaşdırmaq. Planetin əhalisini davamlı enerji sistemi ilə təmin etmək. Dayanıqlı iqtisadi artım, layiqli əmək və işsizliyi aradan qaldırmaq
  • haldır. Ona görə də nüvə artıq enerjini spontan olaraq şüalandiraraq dayanıqlı əsas hala keçir Onda nüvənin bir parçalanması zamanı müxtəlif enerjili
  • artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən istifadənin inkişafı və enerji effektivliyinə
  • enerjisindən istifadə etmək mümkün deyildir. Bu vəziyyət plazma sütununun dayanıqlı olmaması ilə əlaqədardır. Ancaq idarə olunmayan və partlayışla nəticələnən
  • azalmasına səbəb olur. Asimetrik Enerji Pauli Enerjisi də deyilir : Bu enerji Pauli prinsipi ile Əlaqəlidir. En dayanıqlı nüvə eyni sayda proton ve neytrona
  • olaraq Galaxy Note 3 - ə bənzəyir. Galaxy S4 - dən fərqli olaraq suya qarşı dayanıqlı və toz keçirməzlik kimi xüsusiyyətlərə malikdir. Galaxy S5 : 2.5 GHz Snapdragon
  • enerjidən səmərəli istifadə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması dayanıqlı və sosial - iqtisadi inkişafın makroiqtisadi, regional
  • mənzil - məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin

Users also searched:

...