Back

ⓘ Dövlət və Din, jurnal. İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 19-cu sayından etibarən ..




Dövlət və Din (jurnal)
                                     

ⓘ Dövlət və Din (jurnal)

İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur.

2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 19-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur.

Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir.

Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir.

                                     

1. Məzmunu

İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır.

Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir.

"Dövlət və Din" ictimai fikir toplusu həm dinşünaslıq və ilahiyyat sahəsi ilə məşğul olan tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün çox maraqlıdır.

                                     

2. Mükafatları

Toplu "Ortaq Dəyərlər" İctimai Birliyinin 2015-ci ilin may-avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirdiyi "Dövlətin din siyasətinin təbliği: kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi" mövzusundakı layihənin "Azərbaycan dövlətin din siyasətini peşəkar səviyyədə təbliğ edən mətbu orqan" nominasiyası üzrə təltif olunmuşdur.

                                     
  • 18.04.2013 Dövlət və Din jurnal İlahiyyatçı qəzet Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı
  • fəlsəfəsi problemləri jurnal Gənc alimlərin əsərləri jurnal Dövlət və Din jurnal Türkologiya jurnal Elm və həyat jurnal Azərbaycan Respublikasının
  • Lək - lək jurnal - İrəvanda nəşr olunmuş ədəbiyyat jurnalı. Lək - lək jurnalının ilk nömrəsi 1914 - ci il fevralın 22 - də İrəvanda işıq üzü görmüşdür. Həmin
  • Sadiq idi. Jurnal Orucov qardaşları mətbəəsi və Kaspi tipolitoqrafda çap olunmuşdur. Məzhəkə məcmuəsi idi. 8 səhifəli, şəkilli, satira və karikatura
  • informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşrdir. Jurnal Respublika Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999 - cu il tarixli, B171 saylı
  • məktəbi jurnalına əlavə olaraq İbtidai məktəb və məktəbəqədər tərbiyə adı ilə çap olunmağa başlayıb. Jurnal 2000 - ci ildən etibarən Azərbaycan məktəbi
  • Dil və ədəbiyyat nəzəri, elmi - metodik jurnal - 2005. - 2 44 - S. 55 - 56. İslamzadə Xalidə. İslamda qul haqqı X. İslamzadə Dövlət və Din ictimai
  • jurnalının metodik əlavəsi olaraq təsis edilən jurnal 1990 - cı il dekabr ayının 3 - dən etibarən Azərbaycan məktəbi jurnal nın əlavəsi kimi deyil, Azərbaycan Respublikası
  • Azərbaycan qadını - ədəbi, ictimai və siyasi jurnal Azərbaycanda ilk qadın jurnalı 1923 - cü ilin noyabrında təsis olunub. Şərq qadını adlanan həmin jurnalın
  • analitik jurnal Region Plus həftəlik analitik jurnalı 2006 - cı ildən peşəkar jurnalistlər, analitiklər, politoloqlar, iqtisadçılar, sənətşünaslar və idman

Users also searched:

...
...
...