Back

ⓘ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi. 1921-ci ildə cəmi 6 nəfər tələbə ilə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutun 1923–2 ..




                                     

ⓘ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi

1921-ci ildə cəmi 6 nəfər tələbə ilə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutun 1923–24-cü tədris ilində 28 nəfərdən ibarət ilk buraxılışı oldu. Məzunların 14 nəfəri Təbiyyat-coğrafiya fakültəsinin Təbiyyat şöbəsini bitirmişdilər. Təbiyyat-coğrafiya-kimya fakültəsində fəaliyyət göstərən Coğrafıya şöbəsinin bazası əsasında 1934-cü ildə ilk dəfə müstəqil Coğrafiya fakültəsi təşkil edilmiş, coğrafiya ixtisasına uyğun yeni kafedralar yaradılmışdı. Bu şərəfli məsul iş məşhur kartoqraf, professor M.Əliyevin rəhbərliyi altinda həyata keçirilmişdir. Keçən əsrin 50-ci illərində Coğrafiya fakültəsinin dekanı olmuş M.Zülfüqarovun səyi nəticəsində tədris və elmi işlər sahəsində mühüm nailiyyətlər əldə edilmiş, kadr hazırlığı xeyli genişləndirilmişdi. 1959-cu ildə BDU-nun Coğrafiya fakültəsinə birləşdirilən fakültə bir müddət fəaliyyətini dayandırdı. Lakin Respublikanın coğrafiya müəllimlərinə olan ehtiyacını nəzərə alaraq Coğrafiya şöbəsi 1966-cı ildən APİ-nin Kimya-biologiya fakültəsinin nəzdində, 1970–76-cı illərdə müstəqil, 1976–1981-ci illərdə isə Biologiya-kimya fakültəsinin tərkibində fəaliyyət göstərmişdir. 1981-ci ildən Coğrafiya fakültəsi müstəqil fəaliyyət göstərmış və 2002-ci ildən əvvəllər müstəqil fəaliyyət göstərmiş Gənclərin Çağırışaqədər Hazırlıq və fiziki tərbiyə fakültəsi Coğrafiya fakültəsinə birləşdirilmişdir.

                                     

1. Rəhbərlər

Fakültə yarandığı gündən fakültəyə bir sıra görkəmli alimlər rəhbərlik etmişlər. Dos. S.B.Məmmədov, dos. Ə.N.Əsədov, prof. Ş.G.Həsənov, prof. X.Ə.Vəliyev, dos. Y.Q.Əliyev, dos. M.C.Əliyev rəhbərlik etmişlər. Əməkdar müəllim, dos. M.C.Əliyevin rəhbərlik etdiyi son dövrdə fakültə xeyli genişlənmiş, menecment, ekologiya kimi yeni şöbələr yaradılmışdır. 2011-cı ilin dekabrından 2016-cı ilin mart ayına qədər fakültəyə dosent Mətanət Əsgərova rəhbərlik etmişdir.

  • Tarix fakültəsinə
  • dos. R.İ.Əliyev 1995–2006;
  • dos. Səlimə Əfəndiyeva 1938–1941
  • prof. Y.B.Yusifov 1981;
  • prof. Ə.Ş.Şahmirov 1974–1980;
  • prof.Əziz Übaydulin 1922–1927;
  • prof O.B. Sultanov 2007–2016;
  • dos. H.Q.Qasımzadə 1963–1974;
  • dos. A.Hüseynov, az sonra dos. Ş.Sadıxova;
  • prof. D.H.Qüdrətov 1981–1995;
  • Coğrafiya fakültəsinə
  • prof. Ş.G.Həsənov 1989–1991;
  • dos.Ə.N.Əsədov1981–1989;
  • dos.S.B.Məmmədov 1978–1981;
  • dos. Y.Q.Əliyev 1996–2002;
  • prof. X.Ə.Vəliyev 1991–1996;
  • dos. M.M.Əsgərova 2011–2016;
  • dos. M.C.Əliyev2003–2011;
  • Tarix və Coğrafiya fakültəsinə
  • dos.əvəzi R.Ə.Əliyev2016–2017;

2017-ci ildən dekan vəzifəsini dos.Ş.M.Pənahovdur.

                                     

2. Strukturu

  • Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası
  • Ümumi pedaqogika kafedrası
  • Fəlsəfə və sosial elmlər kafedrası
  • Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası
  • Azərbaycan tarixi kafedrası
  • Ümumi coğrafiya kafedrası
                                     

3. İxtisaslar

Bakalavr

  • Sosial iş
  • Tarix müəllimliyi
  • Coğrafiya müəllimliyi
  • Tarix-coğrafiya müəllimliyi

Magistr

  • Tarix fənninin tədrisi metodika və metodologiyası
  • Coğrafiya fənnin tədrisi metodikası və metodologiyası
  • Menecmentin təskili və idarə olunması
  • Pedaqogika nəzəriyyəsi və tarixi
                                     
  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi - Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültəsi Ali Pedaqoji İnstitut yaradılarkən
  • prorektorluq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya Fakültəsi Azərbaycan Dövlət
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1919 - cu ilin sentyabrında təsis edilən və noyabrın 15 - də
  • Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1990 - cı ildə Bakı Dövlət Universitetinin
  • Bakı Dövlət Universitetinin Filologiya fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1919 - cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən
  • Kimya fakültəsi Biologiya fakültəsi Ekologiya və torpaqşünaslıq fakültəsi Coğrafiya fakültəsi Geologiya fakültəsi Filologiya fakültəsi Tarix fakültəsi Beynəlxalq
  • ildən 2016 - cı ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsi 2016 - cı ildən bu günə kimi isə Tarix və Coğrafiya fakültəsində dekan
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi - Bakı Dövlət Universitetinin fakültələrindən biri. Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq
  • fəaliyyət sahəsi olan Əlavə təhsil fakültəsi pedaqoji işçilərin diplomdan sonrakı təhsilini tənzimləyir. Yəni pedaqoji işçilər filialda təhsillərini təkmilləşdirə
  • olaraq 1935 - ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ilk dəfə olaraq coğrafiyaçı H.B.Əliyev rəhbərliyi ilə coğrafiya fakültəsi açıldı. O, fakültənin

Users also searched:

...
...
...