Back

ⓘ Çingiz Cuvarlı. Çingiz Mehdi bəy оğlu Cuvarlı, Yelizavetpol – 13 avqust 2000, Bakı - akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli el ..




Çingiz Cuvarlı
                                     

ⓘ Çingiz Cuvarlı

Çingiz Mehdi bəy оğlu Cuvarlı, Yelizavetpol – 13 avqust 2000, Bakı) - akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktоru оlmuşdur.

                                     

1. Həyatı

Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç.M.Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni məlumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç.M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nəaliyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nəaliyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır.

                                     

2. Elmi nailiyyətlər

Ç.M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.Güc və ölçü transformatorları olan şəbəkələrdə ferrorezonans ifrat gərginliyinin aşkar edilməsi və söndürülməsinin nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. SSRİ Energetika Nazirliyinin BTİ- i ilə birlikdə 110-220kV-luq elektrik şəbəkələrində neytralın qismən reaktorla torpaqlanması ilə qısa qapanma cərəyanlarının məhdudlaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün rəhbər göstəriş və ferrorezonans ifrat gərginliyinin aşkar edilməsi və söndürülməsi üçün hazırlanmış qurğuların təbiqi üçün isə metodiki göstərişlər hazırlanmışdır. Digər istiqamətdə akademik Ç.M.Cuvarlı tərəfindən materialların adgeziya, adsorbsiya və elektrik xassələrini tənzimləmək üçün, elektrik qazboşalmalarından istifadə edərək, yeni texnoloji proseslərin işlənilməsinin fiziki əsasları verilmişdir. Müxtəlif qazlarda, tacvari, arakəsməli və məşəl elektrik qazboşalmalırın fəal oblastında gedən fiziki proseslər tədqiq edilmişdir. Elektromənfi qazlarda tacvari elektrik qazboşalmasının örtüyünün əmələ gəlməsi öyrənilmişdir. Aktiv mənfi ionların əmələ gəlməsi və parçalanmasının qanunauyğunluqları aşkar edilmişdir. Materialları aktivləşdirmək üçün istifadə edilən arakəsməli elektrik qazboşalması apparatlarının hesablama məlumatlarını vermək məqsədilə qaz boşalmasının nəzəriyyəsi işlənilmişdir. keçirici yarımkeçirici və dielektrik materiallarını aktivləşdirmək üçün məşəl elektrik qazboşalması qurğuları yaradılmasının əsasları verilmişdir. Müxtəlif tərkibli qaz qarışıqlarında, qeyri-taraz elektrik qazboşalmalarının, materiallara təsiri öyrənilmişdir. Materialların səth təbəqələrində quruluş və enerji dəyişmələrinə səbəb olan fiziki-kimyəvi proseslərin mexanizmi aşkar edilmişdir. Materiallara müəyyən keyfiyyətlər verən kompleks elektrik qazboşalmaları təsirinin əsasları işlənilmişdir. Ç.M. Cuvarlı öz əməkdaşları ilə birlikdə müasir energetikanın vacib məsələərindən olan elektrik izolyasiyasının etibarlığının artırılması sahəsində nəzəri və təcrübi tədqiqat işlərini yerinə yetirmişdir. Bu işlərin nəticəsində bir sıra adekvat qanunauyğunluqlar aşkar edildi ki, bunlar da elektrik izolyasiyasının mühüm xüsusiyyətlərinin fundamental vəziyyətlərini dəqiq ifadə etməyə inkan verdi. Hissə boşalmanın mikro və makro xarakteristikalarının rabitəsi üçün etibarlı əsas almışdır. Polimerdə elektrik yüklərinin formalaşmasının səbəbləri mexanizmi göstərilmiş, bərk dielektriklərin elektrik möhkəmliyinin energetik analizinin energetik analizinin müasir nəzəriyyəsi inkişaf etdirilməklə genişləndirilmişdir. Metal ilə dielektrik arasındakı kontaktda baş verən proseslərə və xüsusi olaraq polimer materiallarda "sıçrayışla" olan keçiricilinə aid yeni nəticələr alınmışdır. Azərenerji ASC ilə yaradıcılıq əlaqəsində güc transformatorlarının elektrik izolyasiyasında gedən hissə boşalmalarının ultrasəs lokasiyası vasitəsilə aşkar etmək üçün qurğu işlənib hazırlanmışdır. Bu inkişafda olan zədələnməni nəzarətdə saxlamaqla enerji sisteminin etibarlı və keyfiyyətli işini artırmaq üçün vaxtında profilaktik və başqa tədbirləri yerinə yetirməyə imkan verir. Azərbaycan respublikasında Neft və təbii qaz sənayesinin mövcudluğu ilə əlaqədar olaraq, Ç.M.Cuvarlı və onun əməkdaşları tərəfindən neft, təbii qaz məhsulu olan karbohidrogen birləşmələrinin fiziki problemlərinə dair sistemli tədqiqatlar aparılmışdır. Təbii qaz sənayesinin, mərkəzi problem məsələsi, onların hidrogensulfiddən və rütübətdən azad edilməsini tədqiq edərək, maye və məsaməli bərk sorbentlərin səthində qazboşalmalarının təsirilə intensivləşdirilən sorbsiya proseslərindən istifadə edərək, yeni texnoloji proseslər işlənilmişdir. Eyni zamanda, qazboşalmaları şəraitində gedən sorbsiya proseslərinin mahiyyəti araşdırılıb və onların diffuziya mənşəli fiziki proses olduğu müəyyənləşdirilmişdir. Qazboşalmalarının məsaməli adsorbentlərin səthinə təsiri tədqiq edilərək, yüklü zərrəciklərin səth tərəfindən udulmasının qanunauyğunluqları tapılmışdır. Bu qanunauyğunluqlardan istifadə edərək, karbohidrogen mənşəli mayelərin monomerlərin aşqarlardan təmizlənməsi texnoloji prosesi işlənilmişdir. Kristallaşma qabiliyyətinə malik olan amorfkristallik polimer dielektriklərin fiziki qurluşları tədqiq edilərək, materiallarda reallaşa bilən fiziki qurluş modelləri təsəvvürü yaradılmışdır. Polimerlərin bəzi elektrofiziki xassələrinin onların fiziki qurluşu ilə qarşılıqlı əlaqələri araşdırılıb. Müəyyən xüsusiyyətlərə malik olan materiallar almaq üçün, yüksək elektrik sahələrinin və qaz boşalmalarının kompozisiyalı dielektriklərə təsirində səthlərdə gedən fızıki proseslər tədqiq edilmişdir. Elektroizolyasiya və aktiv dielektriklər elektret, pyezoelektriklər kimi sənaye əhəmiyyəti kəsb edən, əsasında polimer və qeyri üzvi aşqarlar olan konpozisiyalı qurluşların elektrofiziki xüsusiyyətləri tədqiq edilmişdir. Məsaməli aşqarları olan materiallarda dielektrik yüklərinin relaksasiyanın tədqiqinə xüsusi yer verilmişdir. Elektromənfi qazlar mühitində kompozisiyalı dielektrik materiallara müxtəlif növ elektrik qazboşalmalarının təsiri öyrənilib. Bu təsirlər nəticəsində materiallarda elektrik, adgeziya və adsorbsiya xassələrinin dəyişilməsi müşahidə olunmuşdur. Dielektrik materialları və elektrotexnika sənayesi üçün əhəmiyyət kəsb edən kompozisiyalı qurluşları əsasını şüşə və karbon təşkil edən lövhələr aktivləşdirmək üçün elektrik qazboşalması qurğuları işlənilib, sənayedə tətbiq edilmişdir. Akademik Ç.M.Cuvarlının elmi fəaliyyəti sovetlər ittifaqının Moskva, Leninqrad, Kiyev, Novosibirsk, Pribaltika Respublikaları və sairə şəhərlərində yerləşən qabaqcıl elmi mərkəzlərin, energetika sahəsində tanınmış alimlərinin daima diqqət mərkəzində olmuş, bu və ya digər mühüm məsələlərin həllində Ç.M.Cuvarlı elmi fikri həmişə nəzərə alınmışdır. Sovet İttifaqı vahid enerji sisteminin mövcud fundamental problemlərinin həllində Ç.M.Cuvarlı elmi nailiyyətlərinin geniş tətbiqi müsbət nəticələrin əldə edilməsinə imkanlar yaratmışdır. Dünya şöhrətli görkəmli alim, Ç.M.Cuvarlı energetika elminin daima zirvəsində işləmiş və zaman-zaman bu zirvəni yüksəldərək, elmə yeni anlayışlar,yeni fikirlər daxil etməklə bu elm sahəsini öz nailiyyətləri ilə zənginləşdirmişdir. İşləmiş bir sıra üsullar və elektrik qazboşalması qurğuları patent və müəlliflik şəhadətnamələri vasitəsilə müdafiə edilmişdir.

                                     

3. Mükafatlar

Akademik Ç.M.Cuvarlının elmi fəaliyyəti və xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif olunmuş, keçmiş SSRİ, Azərbaycan, Ukrayna dövlət mükafatlarına, Y.Məmmədəliyev adına, SSRİ Elmlər Akademiyasının N.Yabloçkov adına mükafatlarına layiq görülmüşdür.

  • 1960-cı ildə bipоlyar dalğalı impuls gərginliklərinin köməyi ilə neftin duzsuzlaşdırılmasının elektiriki üsulunun işlənib hazırlanmasına görə SSRİ XTHS-nin gümüş medalına layiq görülmüşdür.
  • 1973-cü ildə mürəkkəb elektrik şəbəkələrindəki dalğa prоseslərinin ədədi hesablanması metоdlarının yaradılması sahəsindəki kоmpleks işlərinə görə SSRİ EA-nın P.N.Yablоçkоvski adına mükafatına layiq görülmüşdür.

Azərbaycan SSR Ali Sоveti Rəyasət Heyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

  • 1980-ci ildə ölkənin energetikasının və elektiriklərşdirilməsinin inkişafındakı xidmətlərinə görə SSRİ-nin fəxri energetiki adı verilmişdir.
  • 1978-ci ildə yüksəkgərginlikli elektrik şəbəkələrinin neytralnın rejimləri sahəsindəki kоmpleks işlərinə görə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
  • Azərbaycan SSR əməkdar elm xadimi - 3 dekabr 1982.


                                     

4. Kadrlar

Akademik Ç.M.Cuvarlının elmi potensialı Respublikamızda çoxşaxəli fəaliyyət göstərən energetika sahəsinin peşəkar kadrlarının yetişməsinə və energetika elmi məktəbinin yaranmasına səbəb olmuşdur.

Məhşur yetirmələri:

  • K.B.Qurbanov,
  • F.T.Rzayev
  • A.M.Həşimov,
  • R.N.Mehdizadə,
                                     
  • Ənvər Çingizoğlu tam adı: Fərəcov Ənvər Çingiz oğlu 10 may 1962 1962 - 05 - 10 Xudayarlı, Cəbrayıl rayonu - Azərbaycanlı yazıçı, publisist, geneoloq
  • istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. Elşad Cuvarlı Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu
  • Cuvarlı və Qubad İbadoğlu tarixçilər Altay Göyüşov və Fərda Əsədov, tanınmış jurnalistlər Qulu Məhərrəmli, Zeynal Məmmədli, Xədicə İsmayıl və Çingiz
  • Ağdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində
  • indiki Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnistitutunda akademik Çingiz Cuvarlının rəhbərlik etdiyi Elektrofizika laboratoriyasında kiçik elmi
  • vardır. Azərbaycan EA - nın akademikləri Zahid Xəlilov, Əşrəf Hüseynov, Çingiz Cuvarlı və başqa akademiklərin təqdimatı ilə Məmmədkərim Quliyevin əldə etdiyi
  • döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli işğaldan azad
  • Аkаdemiyаsının ədəbiyyаt, dil və incəsənət bölməsinin аkаdemik - kаtibi Cuvаrlı Çingiz Mehdi oğlu - Аzərbаycаn SSR Elmlər Аkаdemiyаsının аkаdemiki, Fizikа
  • olmuşdur. Mir Cəlal Paşayev, Həmid Araslı, Əli Quliyev, Mirəli Qaşqay, Çingiz Cuvarlı Qəmbər Hüseynli, Adil İsgəndərov və onlarca başqaları istər Azərbaycan
  • Mirzə Hacızadə Çingiz Cuvarlı və digər qohumları ilə
  • 1993 - cü ildə isə doktorluq dissertasiyasını müdafıə etmişdir. Akademik Ç.M. Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası
  • şəbəkələrində neytralın rejimi sahəsində kompleks işlər üçün: Çingiz Mehdi oğlu Cuvarlı Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Yevgeni Vasilyeviç

Users also searched:

...
...
...