Back

ⓘ Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütünü və fərdlərin ..




                                               

Qurbangah

Qurbangah və ya altar - adaq təqdim edilən və qurban kəsilən dini bina. Qədim dinlərdə geniş yayılmış olan qurbangahlar, Yəhudilik və Xristianlıqda əhəmiyyətli bir yerə sahibdir. Qurbangahlar həm də memarlıq baxımından əhəmiyyətli abidələrdirlər. Qədim dinlərdən yadigar qalmış qurbangah xarabalıqları, dinlərin ritual xüsusiyyətlərini və ibadət ənənələrini öyrənmək baxımından müxtəlif ipucları daşıyır.

                                               

Qütb əl-Din Şah Cahan

Qütb əl-Din Şah Cahan Suyurğatmışın oğludur. Qohumunun vəliəhdi olduqdan sonra taxta çıxmış və qısa müddət hakimiyyətdə olmuşdur. Onun hakimiyyəti dövründə qəddar, rüşvətxor və həddindən artıq əsəbi olduğu bildirilir. O, Elxani hökmdarı Olcaytunun əmri ilə monqol canişini Malik Nəsirəddin Məhəmməd ilə əvəz edilmişdir. Ömrünün yerdə qalan hissəsini ögəy anası Kördüçin ilə birlikdə Şirazda keçirmişdir. Onun qızı Qutluqxan Makdumşah Mübariz əl-Din Məhəmməd ilə 1328-ci ildə evlənmiş və beləliklə, Müzəffərilər sülaləsinin əsasını qoymuşdur.

                                               

Ludmila Quzun

Ludmila Quzun – 16 aprel 2021) - Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur.

                                               

Refiq Muzafarov

Refiq Muzafarov, Krım MSSR – 20 dekabr 2011, Simferopol) - Filologiya elmləri doktoru, professor, Krım tatar folklorşünası. Krım Tatar Milli Qurultayının nümayəndəsi, ilk tərkibdəki Krım Tatar xalqı Məclisinin üzvü, mədəniyyət, dil, din məsələləri ilə məşğul olur.

                                               

Markos Botsaris

Markos Botsaris, Souli, Mərkəzi Yunanıstan) ― yunan general, Yunanıstan İstiqlaliyyət müharibəsinin qəhrəmanı və suliotların kapitanı. Botsaris Yunanıstanın ən tez-tez yada salınan milli qəhrəmanlarından biridir.

                                               

Dveyra qülləsi

Dveyra qülləsi ― Maltanın Qozo adasındakı Dveyra körfəzində yerləşən kiçik gözətçi qülləsi. İnşası 1652-ci ildə tamamlanmışd tikili bu gün yaxşı vəziyyətdədir və xalqa açıqdır.

Din
                                     

ⓘ Din

Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütünü və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir düşüncə, sistemidir.

                                     

1. Ümumi məlumat

Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.

Din dünya gerçəkliyini dərk etməyə aparan yoldur. Dinin yolu böyük, cığırları çoxdur. Dünya əhalisi müxtəlif dinlərə etiqad edir. Bu dinlərin bəzilərinin öz peyğəmbəri, öz ənənələri, müqəddəs kitabları var.

Dinlər yalnız bir ölkə, bir xalqın yaşadığı ərazidə deyil, müxtəlif ölkələrdə yayılmışdır.

Azərbaycan demokratik ölkədir. Ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar da yaşayırlar.

Qədim İpək yolunun üzərində yerləşən və Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcud olmasında Azərbaycanın tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin tərkibi və s. səbəblər böyük rol oynamışdır. Azərbaycanda tarixən şamanlıq, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı, islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlər də olmuşdur. Azərbaycanda dini dözümlülüyün tərbiyə edilməsində islamın böyük rolu olmuşdur.

Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur. Dinləri səmavi və qeyri-səmavi olmaqla iki qrupa ayırırlar. Səmavi dinlər, adından bəlli olduğu kimi, Allah tərəfindən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən vəhy mənbəyidir. Bunlara haqq dinlər də deyilir. Bir sözlə, xristianlıq, yəhudilik və İslam dini haqq dinləridir. İslam dininə görə ilk insan Həzrəti Adəm eyni zamanda ilk peyğəmbərdir. Hz Adəmdən Hz İsaya qədər bütün peyğəmbərlər insanlara Allahın birliyini və ona necə ibadət ediləcəyini təbliğ etmişlər. Mənbələrə görə, səmavi dinlərdən yəhudilik Hz Musa, xristianlıq isə Hz İsa tərəfindən insanlara çatdırılmışdır.

Hazırda dünya əhalisinin təqribən 1.2 milyardı islam dininə etiqad edir, islam dini səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərləri və kitabları təsdiq edir, islam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.

Qeyri-səmavi dinlər isə Allah tərəfindən göndərilməyib, insanlar arasında təşəkkül tapan dinlərdir. Bunlara misal olaraq, buddizm, zərdüştlük və şintoizmi göstərmək olar. Müasir dövrdə Yaponiya, Çin, Hindistan, Tailand buddizmin yayıldığı ölkələr sayılır. Zərdüştlük bir vaxtlar Azərbaycan, iran, Orta Asiya və Hindistanda geniş yayılmış bir din olmuşdur. Şintoizm köklü yapon dinidir və bu günədək beləcə qalmaqdadır.

                                     

2. Hüquq və din münasibəti

Hüquq cəmiyyətdə nizam təsis edən və cəzasını ictimayyiyə vicdanının reaksiyasında və bu reaksiya əks etdirən dövlətin maddi icbari qüvvəsində tapan qaydalar nizamnaməsidir. Yılmaz Günəşə görə hüqüq cəmiyyətdə fərd və fərd cəmiyyət əlaqəsini bir başa təsir edən bir dəyərdir hüquq fərd və cəmiyyət baxmindan insanların hərəkət və davranışlarnı idarə edən dəyərlərdir. Hüququn din ilə əlaqəsi qanun və nizam fikirindən qaynaqlanır hüquq varlğın ümumi nizam və insanın buna tabe olan Əqli Səlim nöktələrindən din ilə birləşdirən amil ağıldır.

İslam təbiəti və təbiət qanunlarını bir nümunə və əksər hallarda bir ölçü olaraq götürmüşdür, çünki onlar da Allahın adətdir, ancaq insan daha yuxarıda olduğu üçün təbiəti və təbiət qanunlarını İlahiləşdirə bilməz onlara əsir ola bilməz onları bir-birinə istifadə edə bilməsi də bunu göstətir. İslam hüququnun hədədfi, fərd, cəmiyyət mənfəətlərini qarışdırmadan tarazlıq içində qorumaq haqqın yerini tutmasını ədalətin həyata keçməsini təmin etməkdir.

                                     

3. Dünyadakı dinlər

Dünyada təxminən 124 dindən çox din var.Amma ən məşhur dinlər bunlardır:

  • Şamanizm
  • Buddizm
  • Atəşpərəstlik
  • İslam
  • Sunda Vivitan
  • Bəhai dini
  • Çaynizm
  • Şintoizm
  • Hinduizm
  • Xristianlıq
  • Ateizm
  • İudaizm
                                     
  • Dövlət və Din İctimai fikir toplusu - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. İlk
  • nizam - intizamdır. Din sosioloqları cəmiyyətin dinə təsirini, başqa sözlə cəmiyyətlə din arasındakı dialektik əlaqəni izah etməyə çalışırlar. Din sosiologiyası
  • Din - le - Ben fr. Digne - les - Bains - Fransanın Provans - Alp - Kot - d Azur regionun rayonlarından biri. Departamenti - Yuxarı Provans Alpları. Suprefektura
  • İndoneziyada din - İndoneziya Respublikasının ərazisində din Əsas məqalə: İndoneziyada İslam Bu ölkədə İslam dini tacirlərin vasitəsilə yayılıb. İndoneziya
  • Din fəlsəfəsi - dinə yönəlmiş fəlsəfi baxışların məcmusu. Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar
  • Estoniyada din est. Religioon Eestis - Estoniya Respublikasının ərazisində din Əsas məqalə: Estoniyada İslam Estoniya əhalisinin siyahıyaalınmasına
  • Azərbaycanda din - Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. 2015 - ci
  • Polşada din - Polşa Respublikasında din Polşa Avropanın ən dindar ölkələrindən biridir. Bu ölkə xüsusilə Avropada xristianlığın ən güclü olduğu ölkədir
  • Bara din - Bara Din Pakistanda hər il dekabrın 25 - də Cinnahın xatirəsinə təşkil olunan bir tətildir. Milad ilə eyni vaxtda, urdu və pəncab dilində Böyük
  • din qəzeti - Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat Cəmiyyət və din

Users also searched:

...