Back

ⓘ Birinci dünya müharibəsi - bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci dünya müharibəsinin başlanmasından son ..




                                               

Saturn V

Saturn V ABŞ istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş insan daşıya bilən raketdir və 1967 ilə 1973 arasında NASA-nın Apollon və Skylab proqramlarında istifadə edilmişdir. NASA, bu çox mərhələli maye yanacaqla işləyən çox ağır daşıyıcı raketi 13 dəfə Kennedi Kosmik Mərkəzindən - Floridadan heyət və yük itkisi olmadan kosmosa buraxmışdır. Mövcud olan ən uzun, ən ağır və ən güclü roketdir və hələ də ən ağır raket daşıyıcısı tutumu rekordunu əlində saxlayır. Saturn raket ailəsinin ən böyük istehsal modeli olan Saturn V, Wernher von Braun və Arthur Rudolph adlı şəxslərin rəhbərl ...

                                               

Cebel-Şammar əmirliyi

Cebel-Şammar və yaxud Hail əmirliyi, həmçinin Rəşidi Əmirliyi - 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırki Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir.

                                               

Robevi ailəsinin evi

Robevi ailəsinin evi və ya sadəcə Robevi evi ― Şimali Makedoniyanın Oxrid şəhərində məşhur və tarixi bina. İndiki tikili 1863–1864-cü illərdə Debar yaxınlığındakı Qari kəndindən olan Todor Petkov tərəfindən tikilmişdir. Ev bu gün qorunan mədəniyyət abidəsidir və Mədəniyyət Abidələrini Qoruma İnstitutuna və Milli Muzeyə aiddir.

                                               

Moqoşoaya sarayı

Moqoșoaya sarayı ― Rumıniyanın paytaxtı Buxarestdən təxminən 10 kilometr məsafədə yerləşən tarixi tikili. Saray 1698-1702 illər arasında Konstantin Brınkovyanu tərəfindən Rumıniya Renesans və ya Brınkovyanskiy üslubunda inşa edilmişdir. Saray, üzərində inşa edilmiş əraziyə sahib olan Rumıniya boyarı Moqoşun dul qadınının adını daşıyır.

                                               

Maqliç (qəsr)

Magliç ― Serbiyada, Kralyevo şəhərindən təxminən 20 km məsafədə yerləşən 13-cü əsrə aid qəsr. Qəsr İbar çayının ətrafından döbdüyü, çaydan təxminən 100 m yüksəklikdə yerləşən təpənin üstündədir. Qala əvvəllər Böyük Morava vadisi ilə Kosovo-Pole şəhərlərini birləşdirən yeganə yolu qoruyurdu. Qəsrin adı seb dilində "duman" mənasını verən Maqla sözündən götürülüb. Maglič 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidələri" siyahısına daxil edilmişdir.

                                               

Klarens hersoqu

Klarens hersoqu - Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, Corc Plantagenetin 1478-ci ildə edam edilməsi ilə ləğv edilmişdir. Ünvan ilk dəfə 1362-ci ildə İngiltərə kralı III Eduardın ikinci oğlu Antverpenli Lionel üçün təsis edilmiş, ancaq onun oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır. Ünvan ikinci dəfə 1412-ci ildə İngiltərə kralı IV Henrinin ikinci oğlu Lankasterli Tomasın şərəfinə təsis edildi. Ancaq onun da qanuni övladı yox idi və gənc yaşında vəfat etmişdi. Ünvan sonunc ...

                                               

Monteneqrolu Yelena

Monteneqrolu Yelena, Monpelye, Fransa) - Montenqro şahzadəsi. Efiopiya İmperatoru III Viktor Emanuelin həyat yoldaşı, İtaliya və Albaniya kraliçası.

                                               

Hurler sindromu

Hurler sindromu - Hurler xəstəliyi və əvvəllər qorqulizm adlanan mukopolisakkaridoz tip IH olaraq da bilinən Hurler sindromu, lizosomlarda qlikozaminoglikanlar adlanan böyük şəkər molekullarının yığılması ilə nəticələnən genetik bir xəstəlikdir. Bu molekulların parçalanmaması, sinir sistemi, skelet sistemi, gözlər və ürək daxil olmaqla bunlarla məhdudlaşmayan müxtəlif orqan sistemlərinin zədələnməsinə səbəb olan geniş bir sıra simptomlarla nəticələnir. Əsas mexanizm, QAQ-larin dağılmasından məsul olan bir ferment alfa-L iduronidaz çatışmazlığıdır. Bu ferment olmadan bədəndə dermatan sulfat ...

Birinci Dünya müharibəsi
                                     

ⓘ Birinci Dünya müharibəsi

Birinci dünya müharibəsi - bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" və ya "Dünya müharibəsi" adlandırılmışdır.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da Böyük Britanya, Fransa və Rusiya İmperiyası, "Üçlər ittifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya 1915-ci ildə Antantanın tərəfinə keçir var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi onların 60 milyonu avropalı idi dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu.

                                     

1. Müharibənin əsas səbəbləri

Müstəmləkəçi ölkələrin inkişafı, Almanlarıngüclənməsi,və müstəmləkə uğrunda apardıği amansız müharibələr ilk növbədə almanlar və Antanta arasındakı ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə Birinci dünya müharibəsinə gətirib çıxardı. Bu ziddiyətlərin başlıcası Almaniya ilə Böyük Britaniya arasında idi.

Alman hərbi-siyasi dairələri Böyük Britaniya və Fransanın hesabına yeni müstəmləkələr zəbt etmək, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ almaq niyyətində idilər. Onun müttəfiqi Avstriya-Macarıstan dövləti isə Balkan yarımadasında öz nüfüzunu genişləndirməyə və yeni ərazilər işğal etməyə çalışırdı.

Böyük Britaniya hökuməti müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı İmperiyasını bölüşdürmək ümidində idilər. Fransız hökuməti də buna nail olmaq istəyirdilər. Bundan başqa onlar, 1870–1871-ci illərdə Almaniya ilə olan müharibədə itirilmiş Elzas və Lotaringiya vilayətlərini geri almaq, Almaniyanın Reyn vilayətinin bir hissəsini ələ keçirmək istəyirdi. Rus çarizmi isə Balkanda, Bosfor və Dardanel boğazlarında öz hökmranlığını yaratmağa, həm də Almaniyanı iqtisadi cəhətdən zəiflətməyə çalışırdı.

                                     

2. Müharibənin başlanması

Avstriya-Macarıstan ilə Serbiya arasındakı münaqişə müharibənin başlanması üçün bəhanə oldu. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinand Bosniyadakı manevrlərdə iştirak edirdi.Əslində Frans- Ferdinand taxt-taca yiyilənməyəcəkdi çünki o bir qız uğrunda taxt iddialarinda vaz keçmiçdi.Yəni onun öldürülməsi müharibəni başlamaq üçün bir bəhanə olmuşdur. İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi.

1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil oldu. Belqrad şəhəri bombardman edildi. Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə avqustun 1-də Alman İmperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun 4-də Belçikaya hücum etdi.

Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti "Üçlər ittifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı.

                                     

3. 1914–1917-ci İllərdə hərbi əməliyyatlar

Müharibəyə girən dövlətlərin hər birinin hərbi əməliyyat üçün qabaqcadan hazırlanmış planı var idi. Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi. Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız qoşunlarını əzmək, həm də onu Rusiya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu.

Alman qoşunlarının güclü qruplaşması Belçika ordusunu geri oturtdu və Fransaya daxil oldu. Fransızlar və Fransanın şimal sahilinə çıxarılmış ingilis korpusu daha üstün olan alman qüvvələrinin təzyiqi altında geri çəkilməyə məcbur oldular. Alman ordusu Paris üzərinə yeridi. Almaniya imperatoru II Vilhelm payızda Fransanın təslim olacağını vəd edirdi. Fransanın başı üstünü ölüm təhlükəsi almışdı. Fransa hökuməti müvəqqəti olaraq paytaxtı tərk etdi. Rusiyada isə səfərbərlik ləng gedirdi. Fransa hökuməti təcili kömək üçün Rusiyaya müraciət etdiyi zaman rus qoşunlarının cəbhə boyu düzülməsi, döyüş sursatı ilə təchiz olunması və cəmləşdirilməsi hələ başa çatdırılmamışdı. Buna baxmayaraq ruslar tələm-tələsik öz ordusunu hücuma göndərdi. Rusiyanın iki ordusu Şərqi Prussiya ərazisinə girdi, onun xeyli hissəsini tutdu və bu, Almaniyanın ordu komandanlığında narahatlığa səbəb oldu. Alman komandanlığı iki piyada korpusunu və süvari diviziyasını tələsik Fransadan çıxararaq şərq cəbhəsinə yolladı. Beləliklə, Fransaya hücum üçün nəzərdə tutulan ehtiyat qoşunların bir hissəsi Şərqi Prussiyaya göndərildi. Tannenberq döyüşü adlanan döyüşlərdə Rusiya ordusu üç dəfə çox say üstünlüyünə malik olsa da, ağır məğlubiyyətə uğradıldı. Alman ordusunun itkiləri 12.000 nəfər, Rusiya ordusunun itkiləri isə 170.000 nəfər idi. Daha sonrakı döyüşlərdə alman ordusu rusları Mazur gölü yaxınlığındakı döyüşlərdə bir daha ağır məğlubiyyətə uğradaraq onları tamamilə Almaniya ərazisindən kənarlaşdırdı. Lakin Rusiyanın bir neçə ordusu cənubda hücumlarını davam etdirirdi. Rusiya qoşunları Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yararaq, onları geri oturtdu və Polşanın Avstriyaya aid olan hissəsini və Qaliçiyanı Qərbi Ukrayna tutdu. Lakin alman ordusu köməyə gələrək rus ordusunu burada da bir neçə ağır məğlubiyyətə uğradaraq onları geri oturtdu. Rus ordusu böyük itkilər verdi, lakin Fransanı xilas etdi.

Fransadan qoşunların bir hissəsinin çıxarılıb Şərq cəbhəsinə göndərilməsi nəticəsində almanların Parisə getmək üçün qüvvələri çatışmadı. Onlar hücum xəttini qısaltmağa məcbur oldular və Parisin şimal-şərqində Marna çayına çatdılar. Burada onlar ingilis və fransızların böyük qüvvələri ilə üz-üzə gəldilər. 1914-cü ilin sentyabrında baş vermiş Marna sahilindəki vuruşmada hər iki tərəfdən 2.5 milyon nəfərdən çox adam iştirak edirdi. Fransız və ingilis qoşunları hücuma keçdilər. Sentyabrın 9-da almanlar cəbhə boyu geri çəkilməyə başladılar. Onlar hücum edən düşməni yalnız Ena çayı sahilində dayandıra bildilər.

Beləliklə, Almaniyanın ildırımsürətli müharibə planı boşa çıxdı. Almaniya iki cəbhədə uzun sürən ağır müharibə aparmalı oldu. 1914-cü ilin axırına yaxın Qərb cəbhəsi Şimal dənizindən İsveçrə sərhədinədək sabitləşdi. Əsgərlər səngərlərə çəkildilər. Manevr müharibəsi mövqe müharibəsinə çevrildi. Quruda müharibənin faktiki olaraq dalana düşməsi ilə əlaqədar olaraq hər iki tərəf yeni müttəfiqlər axtarırdı ki, yeni cəbhələr açsın və ya hətta qüvvənin kiçik ittihamının əlavə olunması tarazlığı dəyişdirməli idi. Almaniyaya və Avstriya-Macarıstana tezliklə Osmanlı İmperiyası qoşuldu. Axırıncının düşməni Rusiya İmperiyası və həmçinin 1913-cü il Balkan müharibəsində özünü Serbiya tərəfindən incidilmiş sayan Bolqarıstan idi. Daha mühüm perspektivə malik olan İtaliya idi. Lakin İtaliya İttifaq dövlətlərinə rəsmi olaraq üzv olmasına baxmayaraq, xeyli əvvəl bu ittifaqdan uzaqlaşmışdı və 1914-cü il böhranında iştirak etməmişdi. Hər iki tərəf İtaliya hökumətindən xahiş edirdi, onun özü də hər iki tərəflə sakitcə sövdələşməyə hazır idi. İtalyan ictimaiyyəti parçalanmışdı, ehtimal ki, xalqın əksəriyyəti sülhün saxlanmasını istəyirdi, bunu həm katolik, həm də sosialist rəhbərlər məsləhət görürdülər. Qatı millətçilər öz irredentalarını, italyanlar yaşayan, lakin İtaliyaya tabe olmayan sərhəd regionları ələ keçirmək şansını görürdülər. İtalyan hökuməti Avstriya-Macarıstanla danışıqlara başladı, əgər Trentino və Cənubi Tirol təslim edilərsə hücum edən Avstriyanın onlardan əl çəkməsini təklif etdilər. Avstriya ilə danışıqlar həmçinin Antantanı qorxutmaq üçün istifadə edildi, axırda İtaliya özünə çox sərfəli şərtlər əsasında müharibəyə qoşuldu. 1915-ci il London məxfi müqaviləsi ilə Britaniya, Fransa, Rusiya və İtaliya razılığa gəldilər ki, əgər Antanta müharibədə qalib gəlsə İtaliya Trentinonu, Cənubi Tirolu, İstriyanı, Triyest şəhərini və Dalmasiya adalarının bəzilərini alacaqdı. Əgər Türkiyə parçalansa, İtaliya Kiçik Asiyada Adaliyanı alacaqdı və əgər İngiltərə və Fransa Almaniyanın Afrikadakı müstəmləkələrini tutsa, İtaliya Liviya və Somalidə ərazi artımı əldə edəcəkdi. Qısaca, London müqaviləsi ərazi ekspansiyasının müharibədən əvvəlki praktikasını davam etdirirdi.

Hər bir tərəf digərinin torpağında yaşayan milli azlıqları və narazı qrupları satın alırdı. Almanlar Rusiyanı sıxışdırmaq üçün Polşaya müstəqillik vəd etdi. Onlar Ukraynadakı yerli millətçiliyi hərəkətə gətirdilər. Belçikada isə almanpərəst flamand xalqının qiyamını qaldırdılar. Onlar Osmanlı sultanını xəlifə kimi inandırdılar ki, o, Şimali Afrikada müqəddəs müharibə elan etsin, ümid edirdilər ki, bu yolla hiddətləndirilən müsəlmanlar ingilisləri Misirdən, fransızları isə Əlcəzairdən qovacaqlar. Bu təşəbbüs uğursuz oldu. Alman agentləri İrlandiyada iş aparırdılar və bir irland millətçisi Rocer Keysment alman sualtı qayığında İrlandiyaya gəlib 1916-cı il Pasxa qiyamına hazırlıq gördü və başlanan qiyam Britaniya tərəfindən yatırıldı.

1915-ci ildə Almaniya və onun müttəfiqləri əsas zərbəni Rusiyaya qarşı yönəldərək onu tam məğlubiyyətə uğratmaq və müharibədən çıxarmaq planını hazırladılar. Fevral-mart aylarında alman qoşunları hücuma keçdilər. May ayında qüvvə cəhətdən üstün olan Almaniya və Avstriya-Macarıstan qoşunları Qorlitsa ərazisində cəbhəni yardılar. Almanlar Varşavadan şimalda da hücuma başladılar və avqust ayında şəhəri tutdular. Onlar silah və sursat cəhətdən çox pis təchiz olunmuş rus qoşunlarını bir sıra ağır məğlubiyyətlərə uğratdılar. 1915-ci ilin payızında almanlar bütün Polşanı və Baltikanın bir hissəsini tutdular. Almanların bu hücumu ruslar üçün fəlakətlə nəticələndi. Almaniya və onun müttəfiqləri cüzi itkilər verməklə böyük əraziləri tutdular. Rusiya isə təkbaşına qalaraq bu döyüşlərdə 11 milyon əsgər itki onların 3 milyonu döyüşlərdə öldürülmüş, qalanları isə yaralanmış və ya əsir düşmüşdülər verdi. Çarizm Rusiya ordusunun təchizatının çox pis olduğunu yəqin edərək demək olar ki, bütün ölkənin iqtisadiyyatını hərbi sənaye üçün işləməyə məcbur etdi. Bunun nəticəsində ordunun təchizatı nisbətən yaxşılaşdı, lakin imperiyanın iqtisadiyyatı tənəzzülə uğradı, ölkədə qida və geyim qıtlığı yarandı ki, bu da nəticədə 1917-ci ildə Oktyabr inqilabına və vətəndaş müharibəsinə səbəb oldu.

1915-ci ildə Almaniya İngiltərəyə sarsıdıcı zərbə vurmağa cəhd göstərdi. Almaniya İngiltərəyə lazımi xammal və ərzaq gətirilməsinin qarşısını almaq üçün ilk dəfə olaraq daha yeni silahdan, sualtı qayıqlardan istifadə etdi. Yüzlərlə gəmi məhv edildi, onların heyətləri və sərnişinləri həlak oldu. İngiltərə isə gəmiqayırmanı artırmaq və sürətləndirmək yolu ilə, habelə sualtı qayıqlara qarşı səmərəli müdafiə tədbirləri hazırlamaqla başı üzərini almış təhlükəni aradan qaldırdı. Həmin ilin yazında Almaniya müharibələr tarixində ən yeni silah olan zəhərləyici maddələrdən istifadə etdi. Lakin bu silah yalnız taktiki müvəffəqiyyəti təmin etdi.

Almaniya Rusiyanı tamamilə gücdən saldıqdan sonra bütün diqqətini Fransaya qarşı yönəltdi. 1916-cı il fevralın 21-də alman qoşunları Verden yaxınlığında cəbhənin bir hissəsində hücuma keçdilər. Alman komandanlığı burada çox böyük qüvvə toplamışdı. Hücum çox güclü artilleriya bombardmanı ilə başladı. Lakin alman piyadası hücuma keçdikdə gözlənilmədən fransızların qızğın atəşinə rast gəldi. Burada yarım il davam edən döyüşlərdən sonra almanlar yalnız cüzi irəliləyiş əldə edə bildilər. Həmin ilin iyul ayında Almaniyanın qüvvələrinin zəifləməsindən istifadə edən ingilis və fransız qoşunları Somma çayı sahilində hücuma keçdilər. Burada qanlı vuruşmalar payızın axırına kimi davam etdi. Burada ingilislər və fransızlar tarixdə ilk dəfə olaraq tanklardan istifadə etdilər. Onların texnikası indi almanların texnikasından daha üstün idi. Onlar burada ciddi müvəffəqiyyət əldə edə bilmədilər, lakin almanların Verden üzərinə təzyiqi zəiflədi və dekabrda alman qoşunları orada müdafiəyə keçməli oldu. "Verden qəssabxanası"nda bir milyona yaxın alman və fransız əsgəri və zabiti qırıldı.

1917-ci ilin aprelində ABŞ Almaniyaya qarşı müharibə elan etdi. Lakin Almaniya artıq gücdən düşmüşdü və ingilis və fransızların birgə qüvvələrinə qarşı müqavimət göstərə bilmirdi. Yaxınlaşmaqda olan qələbənin bəhrələrini ABŞ ilə bölüşdürmək istəməyən Fransa və İngiltərənin hakim dairələri cəhd edirdilər ki, ABŞ diviziyaları Avropaya gələnə qədər Almaniyanı məğlubiyyətə uğratsınlar. Lakin Almaniya və Avstriya-Macarıstan qoşunları 1917-ci ilin oktyabrında Kaporetto yaxınlığında italyanların cəbhə xəttini yardılar, İtaliya ordusunun xeyli hissəsini darmadağın edib İtalyanın ən mühüm mərkəzlərinə yaxınlaşdılar. Onların hücumu təcili olaraq avtomaşınlarla buraya gətirilmiş ingilis və fransız qoşunları tərəfindən dayandırıldı.



                                     

4. Qafqaz cəbhəsi

1914-cü il oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi. Bununla da Qafqazda hərbi əməliyyatlar başladı. Türk qoşunları Ənvər Paşanın komandanlığı altında Qars-Batum istiqamətində Cənubi Qafqaza hücüm etdi. Cənubi Qafqaza hücum etməklə yanaşı Cənubi Azərbaycan ərazisinə də girdilər. Ənvər Paşa və qərargahının hazırladığı hərbi plana əsasən Qafqazda rus qoşunlarına əsas zərbə Sarıqamış döyüşündə endirilməli idi. Əməliyyata Ənvər Paşa özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 4 dekabr 1914-cü ildə başladı və 18 yanvar 1915-ci ilədək davam etdi. Çətin döyüşlərdə ağır itki verən türk qoşunu məğlub oldu. Canlı qüvvə və texnikasının çoxluğu rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan rus qoşunu türk ordusunu Cənubi Azərbaycandan çıxartdı. Rusiyada yaşayan müsəlman türkləri orduya çağırmırdılar. Bundan başqa çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə Osmanlı ordusuna qarşı vuruşmayacağından ehtiyat edərək orduya çağırmırdı. 1916-cı ilin fevralında ruslar Ərzurumu, yazında isə Trabzonu işğal etdi.

                                     

5. Diplomatik mübarizə

1915-ci ilin aprelində Londonda Antanta dövlətləri İngiltərə, Fransa və Rusiya gizli razılaşma ilə İtaliyaya bir sıra ərazilər vəd edərək onu öz tərəflərinə çəkdilər. Antanta İtalyanın hakim dairələrinə Almaniyanın və Balkanlarda İtaliya ilə maraqları toqquşan Avstriya-Macarıstanın vəd edə biləcəyindən daha çox şey vəd etdi. İtaliya "Antanta"ya qoşuldu. 1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumıniya "Antanta" tərəfdən müharibəyə qoşuldu. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. ABŞ Rusiyanın məğlub olaraq müharibədən çəkilməsindən sonra onun müttəfiqləri olan Antantanın məğlub olacağından ehtiyat edirdi. Belə ki, ABŞ hökuməti və bankları Antanta dövlətlərinə çox böyük miqdarda kredit vermişdi. Əgər Antanta məğlub olsaydı onlar öz borclarını ödəyə bilməyəcəkdi və buna uyğun olaraq da ABŞ iqtisadiyyatı da tənəzzülə uğrayacaqdı. ABŞ ordusunun müharibəyə qoşulması Antanta qoşunlarında çox böyük ruh yüksəkliyi yaratdı. Ümumiyyətlə 38 dövlətin qoşulduğu dünya müharibəsi hər iki tərəfdən ədalətsiz, işğalçılıq müharibəsi idi.

                                     

6. Müharibənin sonu

1918-ci ilin yazında alman komandanlığı ABŞ-ın iri silahlı qüvvələri Avropaya gəlib çıxana qədər ingilis-fransız qoşunlarını darmadağın etməyə cəhd göstərdi. Alman komandanlığı əsgərləri inandırmağa çalışırdı ki, bu, həlledici və son döyüş olacaqdır. Beləliklə, Almaniya martın axırında hücuma başladı. Alman qoşunları böyük tələfat bahasına Parisə tərəf irəliləyə, xeyli əsir ala və qənimət ələ keçirə bildilər. Lakin ABŞ qoşunlarının əsas hissələri gələnədək ingilis-fransız ordularını əzmək mümkün olmadı. Almaniyanın yalnız maddi ehtiyatları deyil, həm də insan ehtiyatları tükənirdi. Cəbhəyə artıq yeniyetmələri göndərməyə başlamışdılar. Əsgərlər əldən düşmüşdülər və vuruşmaq istəmirdilər, bəziləri isə ordudan qaçırdı. Alman qoşunlarının hücumu müvəffəqiyyətsizliyə uğradı və təşəbbüs Antantaya keçdi. İngilis-fransız orduları və artıq gəlib çıxmış ABŞ birləşmələri Almaniya qoşunlarını əvvəlki mövqelərinə geri oturtdular. Avqustun 8-də Fransa, İngiltərə və ABŞ qoşunları fransız marşalı Foşun ümumi komandanlığı altında hücuma başladılar. Onlar almanların cəbhəsini yararaq bir gündə 16 diviziyanı darmadağın etdilər. Vuruşmaq istəməyən alman əsgərləri əsir düşürdülər. Alman baş qərərgahının faktiki rəhbəri olan general Lüdendorfun sözləri ilə desək, bu, dünya müharibəsi tarixində alman ordusunun ən qara günü idi. Almaniyanın silahlı qüvvələri Fransa-İngiltərə və Amerika qoşunlarının əsas hücumuna qarşı müqavimət göstərə bilmirdilər. İngiltərə-Fransa və Serbiya qoşunları Balkan cəbhəsində də hücum edirdilər. Bolqar ordusu əzildi və Bolqarıstan təslim oldu. İngilis-Fransız qoşunları Fələstində və Suriyada türk ordusunu məğlub etdikdən sonra Osmanlı imperiyası da təslim oldu. Avstriya-Macarıstan ordusunun əsgərləri vuruşmaqdan imtina edirdilər. Avstriya-Macarıstan imperiyası dağıldı. Onun ərazisində bir sıra müstəqil milli dövlət yarandı. 1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan komandanlığı Antantanın diqtə etdiyi barışığı imzaladı. Elə həmin gün Almaniyada inqilab başlandı. Noyabrın 9-da xalq monarxiyanı devirdi. Ölkə respublika oldu. Yeni hökumət yaradıldı. 1918-ci il noyabrın 11-də sübh çağı Kompyen meşəsində, general Foşun mənzil-qərargahında Almaniya ilə onun rəqibləri arasında sülh müqaviləsi imzalandı. Noyabrın 11-də saat 11-də ali baş komandanın qərargahının qarşısında duran siqnalçı "Atəşi dayandırın!" əmrini verdi. Bu siqnal bütün cəbhəyə çatdırıldı. Həmin anda döyüş əməliyyatları dayandırıldı. Birinci dünya müharibəsi başa çatdı.

Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.



                                     

7. Nəticə

1914-cü ildə Almaniya müharibəyə öz rəqiblərindən daha yaxşı hazırlaşmışdı. Lakin dünya müharibəsi İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı. Antantanın canlı qüvvə və maddi resurslar cəhətdən üstünlüyünün həlledici əhəmiyyəti oldu. Amerika Birləşmiş Ştatları da Antanta tərəfində idi. Almaniya", Rusiyada, Avstriya-Macarıstan da və Osmanlı imperiyalarında mövcud olan quruluş dünya müharibəsi sınaqlarından çıxmadı və dağıldı. Məğlubiyyətlər və inqilablar nəticəsində bu imperiyaların dördü də dünyanın siyasi xəritəsindən silindi. ABŞ, İngiltərə və Fransa imperialistləri özlərinin başlıca rəqiblərinin darmadağın edilməsinə nail oldular və dünyanın yenidən bölüşdürülməsinə başladılar. İmperializmin doğurduğu bu müharibə milyonlarla adamı məhv etdi və çox böyük maddi zərər vurdu. Öldürülənlər və yaralardan ölənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914–1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdə bir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer üzündən silindi, çox sayda dəmiryollar, körpülər, fabrik və zavodlar dağıdıldı. Müharibə bir çox Avropa ölkəsinin sənayesinin, kənd təsərrüfatının və maliyyəsinin dağılmasına səbəb oldu. 1772–1913-cü illərdəki müharibələrin hamısının birlikdə vurduğu ziyan 6 milyard dollar 1913-cü ilin qızıl dollar hesabı ilə təşkil etmişdisə, Birinci Dünya müharibəsi 80 milyard dollar məbləğində ziyan vurmuşdu. Bu soyğunçuluq müharibəsinin müsibətləri və onun nəticələrinin bütün ağırlığı zəhmətkeş kütlənin üzərinə düşmüşdü.

                                     

8. Azərbaycan Birinci dünya müharibəsində

Özündən asılı olmayaraq Azərbaycan da Birinci dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi.

Etibarsızlıq üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbaycanlılardan orduya rəsmən adam çağırmırdı. Lakin onların ali silkindən könüllü olaraq çar ordusu sıralarına gedənlər də var idi. Bunlardan 200 nəfər azərbaycanlı zabiti Birinci dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov və başqaları bu qəbildən idilər. General leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə onuncu ordunun komandanı olmuşdu. General-leytenant Səməd bəy Mehmandarov Birinci dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz Polşa əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. 1915-ci ildə o, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi. General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi. General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü. İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qaibov müharibə dövründə "İlya Muromets −16" təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.A.Qaibov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu.

Müharibə illərində Azərbaycanlı gənclərdən "Tatar süvari alayı" təşkil edilmişdi. Qorxmaz döyüşçülərdən ibarət olan bu alayı ruslar həqarətlə "vəhşi diviziya" adlandırırdılar.

Müharibə dövründə Azərbaycanın da iqtisadiyyatı imperiyanın müharibə siyasəti tələblərinə uyğunlaşdırılmışdı. İqtisadiyyat tənəzzül etmişdi. Rusiyanın əsas duru yanacaq bazası olan Bakıda neft istehsalı geriləmişdi. Neft hasilatı 1914-cü ildəki 431.7 min puddan 1917-ci ildə 402 min puda enmişdi, 1916-cı ildə Bakıdakı 15 neft-yağ zavodundan 2-si işləyirdi. 1917-ci ildə cəbhə üçün 50 min pud partlayıcı toluol və 90 min pud benzin istehsal olunmuşdu. Neft sənayesində işçi qüvvəsi azalmışdı. 13 min işçi cəbhəyə göndərilmişdi. Gədəbəydəki mis zavodu, mahlıc istehsalı, ipək və tütün emalı müharibə tələblərini ödəmək üçün işləməyə başlamışdılar. 1915-ci ildə H.Z.Tağıyevin toxuculuq fabriki cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin göndərmişdi.

Müharibə Azərbaycanın kənd təsərrüfatına da zərər vurmuşdu. Əkin sahələri müharibədən əvvəlki 910 min desyatindən 1918-ci ildə 620 min desyatinə enmişdi. Taxıl istehsalı 50% azalmışdı. Pambıq əkini sahələri 1916-cı ildəki 105 min desyatindən 1917-ci ildə 37 min desyatinə enmişdi. İribuynuzlu heyvanların sayı 480 min baş, davarların sayı 500 min azalmışdı. Arxa cəbhədə yardımçı təsərrüfatlarda işləmək üçün Azərbaycandan 50 min gənc səfərbərliyə alınmışdı.

Sosial vəziyyət də pisləşmişdi. Ərzaq qıtlığı, bahalıq baş vermişdi. Müharibə dövrü ərzağın qiyməti 300–500 faiz yüksəlmişdi. Bakıya taxıl və digər məhsulların gətirilməsi yarıbayarı azalmışdı. Əhalinin vəziyyəti olmazın dərəcədə pisləşmişdi. Bütün bunlar əhali arasında sosial gərginliyi artırmışdı. Bakıda, Şəkidə, Tovuzda fəhlə tətilləri başlamışdı. 1916-cı ildə 80-dan çox tətil olmuşdu. 1915–1916-cı illərdə Lənkəran, Ərəş, Quba qəzalarında kəndli həyəcanları da baş vermişdi.

                                     
  • Qafqaz cəbhəsi - Birinci dünya müharibəsi dövründə Osmanlı İmperiyası ilə Rusiya İmperiyasının qarşı - qarşıya gəldiyi, sonradan Azərbaycan, Ermənistan
  • Ukrayna Birinci Dünya müharibəsi illərində - Ukraynanın Birinci Dünya müharibəsində rolu və orada baş verən hadisələr. Birinci Dünya müharibəsinin başladığı
  • Birinci Dünya müharibəsi qəhramanlarının xatirəsinə abidə - Naxçıvan - na - Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Birinci Dünya müharibədisi
  • Böyük dördlük Dördlər şurası - Birinci Dünya müharibəsindən sonra 1919 - cu ilin yanvarında Paris sülh konfransında görüşən aparıcı müttəfiq dövlətlərin
  • Başqırdıstan Birinci Dünya müharibəsi illərində - Başqırdıstanın Birinci Dünya müharibəsində rolu və orada baş verən hadisələr. Başqırdıstan Birinci Dünya müharibəsindən
  • İkinci dünya müharibəsi - XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939 - cu il müharibənin
  • verilə bilərdi. Buna uyğun medal Birinci dünya müharibəsində verilən Birinci dünya müharibəsi Zəfər medalıdır. İkinci dünya müharibəsində fəaliyyət göstərn
  • Azərbaycan Birinci dünya müharibəsində - Azərbaycanın Birinci dünya müharibəsində iştirakı. Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq İran
  • Birinci Dünya Müharibəsinin 1914 - 1918 bütün müharibələri sonlandırmaq üçün müharibə kimi hesab edilməsinə baxmayaraq, İkinci Dünya Müharibəsi Soyuq
Lothar fon Rixthofen
                                               

Lothar fon Rixthofen

Lothar Ziqfrid frayherr fon Rixthofen - İştirakçısı olduğu Birinci Dünya müharibəsi gedişində 40 hava qələbəsi qazanmış alman qırıcı-təyyarəçisi. Qırmızı Baron ləqəbli məhşur Manfred fon Rixthofenin kiçik qardaşı. Gələcək aviasiya general-feldmarşal Volfram fon Rixthofenin əmisi oğlu.

Volfram fon Rixthofen
                                               

Volfram fon Rixthofen

Volfram "Ulf" Karl Lüdviq Morits Hermann Frayherr fon Rixthofen - alman hərbiçisi, aviasiya general-feldmarşalı.

Users also searched:

...