Back

ⓘ Biznes - Müəssisə, Budapeşt Biznes Universiteti, Bakı Biznes Universiteti, Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi, klasteri, iqtisadiyyatı, Antreprenyor ..




                                               

Müəssisə

Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən texnika, sərmayəvə işçilər əmələ gələn bir istehsal vahididir. Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsa ...

                                               

Budapeşt Biznes Universiteti

Budapeşt Biznes Universiteti - Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim biznes məktəblərindən biridir və paytaxt Budapeştdə yerləşir. Universitetdə 18000 tələbə 12 bakalavr proqramı, 6 magistr proqramı, 21 məktəbdən sonra hazırlıq proqramı, 48 magistr diplom kursları, Biznes İdarəetməsi doktorantura məktəbi və azyaşlılar üçün bir neçə təhsil proqramları çərçivəsində təhsil alır.

                                               

Bakı Biznes Universiteti

Bakı Biznes Universiteti 1989-cu ildən başlayaraq respublikamızın bir qrup aparıcı iqtisadçı alimlərinin elmi axtarışları və tədqiqatları əsasında 1993-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınmış və institut statusu ilə fəaliyyətə başlamışdır.

                                               

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM - menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.

                                               

Biznes klasteri

Biznes klasteri - Xidməti fəaliyyətinin əsasları həmcins olan sahibkarlıq subyektlərinin, təminatçıların və əlaqədar digər təşkilatların xüsusi statusla coğrafi təmərküzləşməsi.

                                               

Budapeşt Beynəlxalq Biznes Məktəbi

Budapeşt Beynəlxalq Biznes Məktəbi - Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest The University of Buckingham ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir.

                                     

ⓘ Biznes

  • xüsusiyyətindən asılıdır. İ.M.Hüseynova, Müəssisənin İqtisadiyyatı, Bakı Biznes Universiteti Bakı 2013, s. 21 27 Kemal Tosun, İşletme Yönetimi, İşletme
  • Budapeşt Biznes Universiteti ing. Budapest Business University və ya qısaca BBU, mac. Budapesti Gazdasági Egyetem və ya qısaca BGE - Macarıstanın ən
  • Bakı Biznes Universiteti - 1993 - cü ildə yaradılan və Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. Bakı Biznes Universiteti 1989 - cu ildən
  • Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM ing. Central European University Business School və ya qısaca CEU BS - menecerləri inkişaf
  • Biznes iqtisadiyyatı - tətbiqi iqtisadiyyatın bir sahəsi olub, iqtisadi nəzəriyyədən və riyazi metodlardan istifadə etməklə müəssisələri, müxtəlif biznes
  • Biznes klasteri ing. business cluster - Xidməti fəaliyyətinin əsasları həmcins olan sahibkarlıq subyektlərinin, təminatçıların və əlaqədar digər təşkilatların
  • Budapeşt Beynəlxalq Biznes Məktəbi mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса
  • Şou - biznes ing. Show business - əyləncə sahəsində kommersiya fəaliyyəti, əyləncə sənayesi. Aşağıdakılar şou - biznes sayılır : audio və video məhsullar
  • Bakı Biznes Mərkəzi - Bakıda biznes mərkəzi Bakı şəhərində, Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin açılışı 2010 - cu il martın 12 - də
  • Biznes jurnalistikası və ya işgüzar jurnalistika - cəmiyyətlərdə baş verən iqtisadi və maliyyə fəaliyyətlərini və dəyişiklikləri izləyən, qeyd edən, təhlil
                                               

Biznes iqtisadiyyatı

Biznes iqtisadiyyatı - tətbiqi iqtisadiyyatın bir sahəsi olub, iqtisadi nəzəriyyədən və riyazi metodlardan istifadə etməklə müəssisələri, müxtəlif biznes bölmələrinin diversifikasiyasına şərait yaradan faktorları və həmçinin firmaların əmək, kapital və əmtəə bazarları ilə əlaqələrini öyrənir.

Mərkəzi biznes rayonu
                                               

Mərkəzi biznes rayonu

Mərkəzi biznes rayonu, qısa MBR – şəhərin maliyyə və ticarət mərkəzi. Biznes rayonu adətən çoxlu ofis və pərakəndə satış binalarından təşkil olunur. MBR-ların forması və növü demək olar ki, həmişə yaxından şəhərin tarixini əks etdirir. MBR-ların adətən çox kiçik əhalisi olur.

                                               

Antreprenyor

Antreprenyor – özəl teatr, sirk və s. tamaşa müəssisələrinin sahibi, icarədarı. Teatrlarda tamaşa təşkilatçısı, truppa rəhbəri. Antreprenyorlar peşəkar teatr truppaları yarandığı vaxtdan mövcuddur.

Bon (maliyyə)
                                               

Bon (maliyyə)

Bon - xəzinə, bələdiyyə orqanları və xüsusi firmalar tərəfindən buraxılan, alıcılıq və ödəmə vasitəsi kimi istifadə olunan qısamüddətli borc öhdəliyidir. Xırda pul surroqatı rolunu oynayır, birjada tədavül olunur və məzənnəsi təyin edilir. Xırda poçt köçürmələrinin tərtibi üçün istifadə olunur.

                                               

E-konsaltinq

E-konsaltinq – e-biznesin bir növü; buraya müştərilərə elektron poçtla peşəkar məsləhətlərin verilməsi, informasiya xidmətlərindən arayışların təqdim oluması, İnternet üzərindən müxtəlif sorğuların keçirilməsi və s. aiddir.

                                               

İnsayder

İnsayder - geniş kütləyə məlum olmayan İnsayder informasiyasına aidiyyatı olan hər hansı qrup üzvü. Termin bağlı informasiyaya aidiyyatı olan insanlar haqqında işlədilir. İnsayder sahə üzrə mütəxəssisdən fərqlənir. Mütəxəssis sahə üzrə nəzəri məlumata və ya məntiq nəticəsində məlumata malik olur. İnsayder isə birbaşa məlumat ala bilir.

                                               

Müflisləşmə

Müflisləşmə - iflas, bankrotluq. məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq;

Users also searched:

...
...
...