Back

ⓘ Coğrafiya - Coğrafiya, AMEA Coğrafiya İnstitutu, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi, Rusiya Coğrafiya Cəmiyyəti, İqtisadi coğrafiya, Abakan çölü ..




                                               

Coğrafiya

Coğrafiya - təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi. İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd t ...

                                               

AMEA Coğrafiya İnstitutu

Akad. H.Əliyev adına Coğrafiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru AMEA-nın həqiqi üzvü, akademik Ramiz Məmmədovdur. 1937-ci ildə AMEA-da coğrafiya bölməsi yaradılmışdır.

                                               

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi

Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945-1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya 1972-ci il, hidrometeorologiya 1973-cü il və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə 1979-cu il kafedraları yaradıldı. 1970- ...

                                               

Rusiya Coğrafiya Cəmiyyəti

Rusiya Coğrafiya Cəmiyyəti - Rusiya Federasiyasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Paris, Berlin və Londonda yaradılmış təşkilatlardan sonra dünyanın ən qədim coğrafiya cəmiyyətidir. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşir. Rəhbəri Sergey Şoyqudur.

                                               

İqtisadi coğrafiya

XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin də xüsusi əməyi olmuşdur. Əldə edilmış müəlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M.V.Lomonosov 1711–1765 "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhl ...

                                               

Coğrafiya cəmiyyətlərinin siyahısı

Coğrafiya cəmiyyətlərinin siyahısı - bu siyahıda dünyanın müxtəlif ölkə və regionlarında fəaliyyət göstərən coğrafiya elmi ilə bağlı olan cəmiyyətlərin adları qeyd olunmuşdur.

                                     

ⓘ Coğrafiya

  • Coğrafiya yun. γεωγραφία, yerin təsviri, γεια - Yer, torpaq və γραφειν - yazmaq, təsvir etmək - təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini
  • Akad. H.Əliyev adına Coğrafiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktoru AMEA - nın həqiqi üzvü
  • Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya - coğrafiya fakültəsi yaradıldı. 1945 - 1946 - cı tədris ilindən fakültədə coğrafiya ixtisası
  • Rusiya Coğrafiya Cəmiyyəti rus. Всеросси йская обще ственная организа ция Ру сское географи ческое о бщество və ya qısaca ВОО РГО - Rusiya Federasiyasının
  • M.V.Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir. XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin də xüsusi əməyi olmuşdur
  • Beynəlxalq Coğrafiya İttifaqı Avropa Coğrafiya Assosiasiyası Amerikan Coğrafiya Cəmiyyəti Amerikan Coğrafiyaçılar Assosiasiyası Sakit Okean Sahili Coğrafiya Assosiasiyası
  • Fiziki coğrafiya - Yerin coğrafi qatı və onun struktur hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq hissələrinə bölünür. Bundan əlavə
  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi - Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültəsi. 2015 - ci ildən başlayaraq
  • Coğrafiya sözünün mənası geo - yer, qrafo - yazıram deməkdir. İki hissəyə bölünür. Fiziki coğrafiya və iqtisadi coğrafiya Fiziki coğrafiya toponimika
  • Coğrafiya Ensiklopediyası - Azərbaycanda 2012 - ci ildə 35 000 tirajla çap olunmuş, əsasən məktəblilər üçün nəzərdə tutulan kütləvi coğrafi məlumat ensiklopediyası
  • Azərbaycan Coğrafiya Cəmiyyəti 1939 - cu ildə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı kimi yaradılmışdır. 1957 - ci ildə Cəmiyyətin I Qurultayında
                                               

Abakan çölü

Abakan çölü - Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir.

                                               

Açma süxurlar

Açma süxurlar - faydalı qazıntıların açıq üsulla çıxanlması zamanı onlan örtən və istismar ərəfəsində kənara atılan faydasız süxurlardan ibarət töküntülərdir. Gələcəkdə aparılması nəzərdə tutulan rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır. Ona görə də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxürların bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir.

                                               

Aeroloji müşahidə üsulu

Aeroloji müşahidə üsulu - atmosferin müxtəlif hündürlüklərində meteoroloji elementlərin ədədi qiymətləri barəsində məlumatların toplanması üsuludur. Bu məqsədlə şar-pilot, şar-zond, radio-zond, radio-pilot, sabit səviyyəli aerostat, xüsusi cihazlarla quraşdırılmış təyyarə, meteoroloji raket və Yerin süni meteoroloji peyklərindən istifadə olunur.

                                               

Akkumlyativ terras

Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay allüvium, dəniz və ya göl dəniz və ya göl çöküntüləri və b. növləri ayrılır.

                                               

Allitizasiya

Allitizasiya - dağ süxurlarının dərin aşınma prosesi, bunun nətiəsində, demək olar ki, bütün ilkin minerallar parçalanır və adətən, ağır mexaniki tərkibli aşınma qabığı formalaşır. Allitizasiya tropik qurşağın rütubətli rayonlarında üstünlük təşkil edir.

                                               

Allüvial çöküntülər

Allüvial çöküntülər - Daimi və müvəqqəti çayların axını tərəfindən gətirilib çay dərələrində, yer səthinin çökək sahələrində çökdürülən aşınma materiallarına deyilir. Allüvial çöküntülər çınqıl, gil, qum və s dən ibarətdir. Çökdürmə şəraitinə görə alüvial çöküntülərin aşağıdakı növləri var: axmazlar yataq subasar Termin 1823-cü ildə ingilis alimi U. Baklend tərəfindən təklif edilmişdir.

Aral-Xəzər depressiyası
                                               

Aral-Xəzər depressiyası

Aral-Xəzər depresiyası Avropa və Asiya arasında ən alçaq depresiyadır. Bu depresiya Aral dənizi və Şimali Xəzərin arasında yerləşir. Şimal hissəsi Xəzər depresiyası adlanır. Xəzər depresiyasının şərqində yerləşir Turan depresiyası adlanır. Azərbaycanda Aral-Xəzər depresiyasının ən alçaq hissəsi Kür-Araz ovalığıdır. Bu depresiya Azərbaycan, Rusiya, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın ən alçaq hissəsi sayılır.

Aviasiya kəşfiyyatı üsulu
                                               

Aviasiya kəşfiyyatı üsulu

Aviasiya kəşfiyyatı üsulu ilə müəyyən ərazi üzərində verilən vaxt intervalında hava şəraiti üzərində vizual və instrumental müşahidə aparmaq mümkündür.

                                               

Beynəlxalq Coğrafiya İttifaqı

Beynəlxalq Coğrafiya İttifaqı - dünya coğrafiyaşünaslarının beynəlxalq elmi təşkilatı. 1922-ci ildə yaradılmışdır. BCİ coğrafiyaya aid problemlərin öyrənilməsinə yardım göstərir, beynəlxalq əməkdaşlıq şəraitində aparılmalı tədqiqatların təşkili və mərkəzləşdirilməsi ilə məşğul olur, beynəlxalq coğrafiya konqreslərini çağırır və s.

Buzlaqarası
                                               

Buzlaqarası

Buzlaqarası - Dördüncü dövrün iki buzlaq epoxası arasındakı müddət. Buzlaqarası mülayim enliyin buz örtüyündən azad olması, iqlimin istiləşməsi, qeyri buzlaq mənşəli çöküntülərin çökməsi, istisevən fauna və flora nümayəndələrinin peyda olması ilə səciyyələnir.

Users also searched:

...
...
...